YUNESKO-nun "Qeyri-maddi
mədəni irsin qorunması haqqında" Konvensiyası üzrə səlahiyyətli orqanların
təyin edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
YUNESKO-nun "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 2 oktyabr tarixli 134-IIIQ nömrəli Qanununun icrası məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi və Azərbaycan Milli Elmlər Akademiyası öz səlahiyyətləri daxilində YUNESKO-nun "Qeyri-maddi mədəni irsin qorunması haqqında" 2003-cü il 17 oktyabr tarixli Konvensiyasının 13-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində olan qeyri-maddi mədəni irsin qorunması üzrə səlahiyyətli orqanlar təyin edilsinlər.
2. Azərbaycan Respublikasının Xarici işlər Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının öz səlahiyyətləri daxilində bu Sərəncamın 1-ci bəndində göstərilən Konvensiyasının 13-cü maddəsinə uyğun olaraq səlahiyyətli orqanlar təyin edilməsi barədə YUNESKO-ya müvafiq bildiriş göndərsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti.
Bakı şəhəri,
12 mart 2007-ci il.
Respublika.- 2007.- 21 mart.-
S. 3.