Mahmudov İ.

 

Mədəniyyətə göstərilən qayğı millətin gələcəyinə qayğı deməkdir

 

Böyük öndər Heydər Əliyev mədəniyyətimizin əsl hamisi idi. Məhz bu böyük dövlət xadiminin hakimiyyətdə olduğu illərdə Azərbaycanda mədəniyyət əsl dövlət siyasəti səviyəsinə qaldırıldı. Mədəniyyət Nazirliyi strukturundamədəniyyət siyasətişöbəsi fəaliyyətə başladı. Görkəmli ədəbiyyat incəsənət xadimlərinin xarici ölkələrə axınının qarşısı alındı, qədər sənət adamı fəxri adlara, təqaüdlərə layiq görüldü. Mədəniyyət ocaqları fəaliyyətlərini bərpa etdilər, konsert proqramları, teatr, yeni sirk tamaşaları vaxtaşırı olaraq göstərilməyə başlandı. Dövlət Filarmoniyasının bərpa olunub yenidən istifadəyə verilməsi ənənəvi konsert proqramlarının yenidən başlamasına imkan yaratdı.
Kitabxanalar, muzeylər haqqında xüsusi sərəncamlar qəbul olundu. Bir sözlə, dövlət mədəniyyət siyasətini yeni məcraya istiqamətləndirdi. Yəni müstəqil Azərbaycanımızın müstəqil mədəniyyət konsepsiyası formalaşmağa başladı. Təsadüfi deyil ki, bu illər ərzində mədəni irsimizin ən layiqli nümunələri YUNESKO-nunMədəni irssiyahısına daxil edildi.
Ölkələr, xalqlar bir-birini daha çox mədəniyyətləri ilə tanıyırlar. Bizim ölkə isə qədim mədəniyyət diyarıdır bu gün biz azərbaycanlılar öz mədəni irsimizlə fəxr edə bilərik.
Lakin xalqımızın müstəqillik yolunda üzləşdiyi çox ciddi problemlər onun mədəniyyətinin inkişafına öz təsirini göstərmişdi. Belə ki, 90- illərin əvvəllərində baş verən ictimai-siyasi proseslərin mədəniyyətimizə vurduğu ağır zərbə hələ öz həllini gözləyir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev mədəniyyətin inkişafını xüsüsi diqqət mərkəzində saxlayır. Fikrimizi təsdiq edən kifayət qədər faktlar vardır. Cənab Prezident deyir: “Ən qabaqcıl meyarlar səviyyə Azərbaycanda olmalıdır. Ona görə o cümlədən mədəniyyət sahəsində indi görülən işlər artan iqtisadi potensialın əsasında daha da sürətlə gedir”. Artan iqtisadi potensial, doğrudan da, mədəniyyətimizin, incəsənətimizin inkişafında yeni mərhələ açmışdır.
Azərbaycanda mədəniyyətin inkişafına bugünkü qədər dövlət qayğısı olmamışdır. Təsəvvür edin, bir ay ərzində cənab Prezident mədəniyyətimizin üç mühüm sahəsi üzrə sərəncam imzalamışdır. Fevralın 20-Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında”, həmin ayın 23-Azərbaycan kino sənətinin inkişaf etdirilməsi haqqında”, martın 6-da “Azərbaycan muzey işinin yaxşılaşdırılması haqqındacənab Prezidentin imzaladığı sərəncamlar müasir mədəni həyatımızın daha da inkişaf tapması üçün xüsusi stimul yaradır.
Mən mədəniyyət sahəsində orta ixtisaslı kadr hazırlayan tədris müəssisəsinin rəhbəri kimi bu sərəncamlara öz münasibətimi bildirmək istəyirəm. Əvvəla, düşünürəm ki, bu davamlı inkişaf ulu öndərin ideyalarından güc aldığından böyük perspektivlərə malikdir. Azərbaycan iqtisadiyyatı möhkəmləndikcə mədəniyyətə ayrılan dövlət vəsaitinin həcmi ildən-ilə artırılır. Mədəniyyətimizin bu üç sahəsində inkişafı tənzimləyən Prezident sərəncamları dövlət əhəmiyyətli böyük proqramların hazırlanması həyata keçirilməsi üçün zəmin hazırlayır. Bizim üçün əhəmiyyətli olan budur ki, hər üç sərəncamda milli kadrların hazırlanması diqqət mərkəzində saxlanılır.
Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqındasərəncamda irəli sürülən problemlərin həlli ölkəmizdə teatr sənətinin yaxın gələcəkdə güclü tərəqqi yoluna çıxacağına ümidləri artırır. Görün, qədər teatrlarımızın əsaslı təmiri nəzərdə tutulur. Heydər Əliyev adına Saray, Milli Akademik Dövlət Teatrı, Opera Balet Teatrı, Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrı, Kukla Teatrı həm əsaslı təmir ediləcək, həm onlar müvafiq texniki avadanlıqlarla təmin olunacaq. Ən əsası isəAzərbaycan teatrı 2008 – 2018-ci illərDövlət Proqramının hazırlanması ilə bağlı xüsusi tapşırığın verilməsidir. Bu proqramda, heç şübhəsiz, teatrlarımızın hər birinin inkişafı üçün tədbirlər nəzərdə tutulacaqdır.
Kino sənətimizin son illər inkişafa doğru meyllənməsi müsbət amil idi. Lakin bu sahədə problemlər hələ qalmaqdadır. Ona görə möhtərəm Prezidentimizin imzaladığıAzərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqındasərəncamda bu gün istifadəsiz qalmış kinoteatrların yenidən qurulması, onların müasir avadanlıqlarla təchiz edilməsi, yeni filmlərin istehsalı, xarici şirkətlərlə müştərək filmlərin çəkilməsi s. məsələlər öz əksini tapır. Dünyanın inkişaf etmiş ölkələrinin kinoteatrlarında bu gün filmlərə tamaşaçı axını davam edir. Deməli, məsələ xidmət işinin düzgün, müasir formada qurulmasından asılıdır.
Digər sərəncam isə muzey işinin təşkili yenidən qurulması ilə bağlıdır. Belə ki, cənab Prezidentimiz hələ Rəssamlar İttifaqının yubileyində bildirdi ki, muzeylərin yenidən qurulması çox vacibdir. Yeni sərəncamda muzey işinin tamamilə yeniləşməsi onların müasir tipli binalarla təmin olunması tapşırılır. Ən əsas budur ki, neçə illərdir müxtəlif yerlərdə məskunlaşan Xalça Muzeyinin, nəhayət ki, öz binası olacaq. Həmçinin Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərimizin yenidən qurulması burada xüsusi olaraq qeyd edilmişdir.
Muzey Mərkəzinin təmiri yenidən qurulması, İncəsənət Muzeyinin əsaslı təmiri sərəncamda öz əksini tapmışdır.
Bu gün, doğrudan, da bir neçə teatrımızda artıq təmir işlərinə başlanmışdır. Bu təmirdən sonra yəqin ki, biz tamamilə yeni, müasir sənət ocağı ilə qarşılaşacağıq.
Bizim texnikumda müxtəlif mədəniyyət sahələri üzrə orta ixtisaslı kadrlar hazırlanır. Onlar ən müasir sənət ocaqlarında işlə təmin olunacaqlar. İstər teatr, istər kino, istərsə muzey kitabxanalar üçün hazırladığımız kadrları yerləşdirmək problemi daha olmayacaq. Biz bu sərəncama uyğun olaraq yüksək ixtisaslı kadrlar hazırlamaq üçün imkanlarımızı səfərbər edəcəyik.
Mədəniyyət mənəviyyatımızın daşıyıcısıdır. O ölkədə ki, mədəniyyətə qayğı var, orada inkişaf da labüddür. Azərbaycanımızı isə bu yolda böyük perspektivlər gözləyir. Çünki qəbul olunmuş dövlət proqramları irəli sürülən məsələlər, heç şübhəsiz ki, mədəni inkişaf üçün güclü stimul yaradacaq.

Xalq qəzeti.- 2007.- 11 mart.- S. 4.