İstirahət parkı
şəhərimizə və
yol qovşağı kompleksinə xüsusi yaraşıq verir
Sonra
Prezident İlham Əliyev tunelin üzərində salınmış
parkla tanış oldu.
Paytaxt sakinlərinin asudə vaxtlarını səmərəli keçirməsi
üçün yaradılmış
istirahət guşəsi
şəhərimizə xüsusi
yaraşıq verir. Burada hər cür rahatlıqla yanaşı, texniki təhlükəsizliyə nəzarət
etməkdən ötrü
bütün imkanlar yaradılmışdır. Belə ki,
hərəkətə və
tunelin fəaliyyətinə
daimi nəzarət kameraları, fövqəladə
hallarda polis, yanğından mühafizə
və səhiyyə xidmətləri ilə dərhal əlaqə yaratmaq üçün xüsusi qurğular quraşdırılmış və
nəzarət otağı
tikilmişdir. İşıqlandırma
sistemləri, əkilmiş
ağaclar və dekorativ bitkilər buraya gözəl görkəm vermişdir.
Paytaxtın şimal qapısında salınan parkın, yol qovşağının istifadəyə
verilməsi Novruz ərəfəsində gözəl
bayram hədiyyəsidir.
Prezident İlham Əliyev Tbilisi prospekti ilə Cavad xan küçəsinin
kəsişməsində, metronun
"20 Yanvar" stansiyasının
yaxınlığında inşa
olunacaq tunelin sxemi ilə də tanış oldu.
Nəqliyyat naziri Ziya Məmmədov, "Azəryolservis" Açıq
Səhmdar Cəmiyyətinin
sədri Cavid Qurbanov məlumat verdilər ki, burada da nəqliyyatın
gediş-gəlişinin
asanlaşdırılması üçün tədbirlər
görülür. Artıq
körpü tikilmişdir,
tunel də çəkiləcəkdir. Mətbuat
prospektindən mikrorayonlara
hərəkət edən
nəqliyyat vasitələri
bu tuneldən keçəcəkdir. Layihədə
müəyyən dəyişiklik
edilmiş, piyadalar üçün keçidlər
də planlaşdırılmışdır.
İşlərə bayramdan
dərhal sonra başlanacaq və ümumi yol qovşağının tikintisinin
ikinci mərhələsi
çərçivəsində yerinə yetiriləcəkdir.
Tbilisi pospekti və Cavad xan
küçəsindəki müxtəlif
səviyyəli yol qovşağı da ikinci mərhələdə
inşa olunacaq və bütövlükdə,
ölkəmizdə ən
uzun qovşaq olacaqdır.
Bu ərazidə metrodan istifadə edənlərin və digər sərnişinlərin
rahatlığı üçün
mikroavtobusların xüsusi
dayanacağı yaradılacaqdır.
Tunel bu ilin oktyabrında istismara hazır olacaq və beləliklə, bu ərazidə tıxac problemi tamamilə aradan qaldırılacaqdır.
Prezident İlham Əliyev görülən işləri
yüksək qiymətləndirdi,
bu əzəmətli yol qovşağının
da müasir standartlara cavab verdiyini, ən yüksək texnologiyanın
tətbiq edildiyini, görünüşünün çox gözəl olduğunu vurğuladı.
Dövlətimizin başçısı
tikinti işlərini yüksək səviyyədə
apardıqlarına görə
inşaatçılara və
sifarişçilərə təşəkkürünü bildirdi, müxtəlif istiqamətlərdə salınan
yeni yolların sxemlərinə baxdı, nəqliyyat vasitələrinin
hərəkətinin asanlaşdırılması,
tıxacların aradan
qaldırılması məqsədi ilə bundan sonra da
tədbirlərin görüləcəyini
söylədi, lazımi
tövsiyə və tapşırıqlarını verdi.
Azərbaycan.- 2007.-
20 mart.- S. 2.