Mükərrəmoğlu M.
Şirvan Milli Parkı təbiətə qaygının
əsil nümunəsidir
Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il
5 iyul tarixli sərəncamı ilə
Bakı şəhərinin
Qaradağ rayonunun həmçinin Salyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektarında
Azərbaycan Respublikasının
Şirvan Milli Parkı yaradılmışdır.
Kür-Araz ovalığının
cənub-şərqi Şirvan
düzənliyində ümumi
ərazisi 65580 hektar olan, xüsusi mühafizə olunan təbiət ərazisinin
54373,5 hektarında Şirvan
Milli Parkı, 6232 hektarında Şirvan Dövlət Təbiət
Qoruğu və 4930 hektarında Bəndovan Dövlət Təbiət
Yasaqlığı yerləşir.
Milli Parkın
yaradılmasında əsas
məqsəd yarımsəhra
landşaftının başlıca
komponentlərini, Azərbaycan
Respublikasının "Qırmızı
kitabı"na düşmüş
ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini
ekoloji maarifləndirmək,
turizm və istirahət üçün
şərait yaratmaqdır.
Milli Parkın ərazisində relyefin, bitki və torpaq
örtüyünün müxtəlifliyi
burada bir sıra təbii landşaft sahələrini
ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı, şoranotlu
yanmsəhra xırda təpəlikləri və
şoranotlu yarımsəhra
düzənliyi təşkil
edir. Qədim sahil tirələri, laqunlar müəyyən sahələrdə aydın
nəzərə çarpır.
Külək vasitəsilə
yaranan əsas relyef forması - düyün təpəcikləri
ceyranların sığınacağı
və mühafizəsi
üçün çox
sərfəlidir. Ərazinin
şimal-qərb və
qərb hissəsində
antropogen landşaftın
(suvarma və kollektor kanalları və s.) xeyli təsiri vardır.
Ərazidə yayı
quraq keçən mülayim-isti yarımsəhra
və quru bozqır tipli iqlim hakimdir.
Burada çay
və bulaq yoxdur, ərazini şərqdən Xəzər
dənizi, şimaldan Baş Şirvan kollektoru, bir sıra digər kollektorlar, Çala (Qızılqaz) gölü
və s. əhatə edir ki, bu
da ceyranları su ilə tam təmin edir. Burada Xəzərin, kanalların və gölün suyunun qışda donmaması ceyranlar və quşlar üçün
çox əhəmiyyətlidir.
Milli Parkın
ərazisində qara-şoranlı,
şahsevdi və duzlaq-çoğanlı, yarımsəhra
bitkiləri və çərənli-yovşanlı, yovşanlı-efemerli, yovşanlı,
xos təkli, dənli-müxtəlif otlu,
efemerli, sahil qumlu və çala-çəmən
(dəvəotlu) bitki formasiyaları üstünlük
təşkil edir.
Lanşaft, iqlim və relyef xüsusiyyətlərinə görə
Şirvan Milli Parkının ərazisində
xarakterik suda-quruda yaşayanlar və sürünənlər faunası
formalaşmışdır. İsti yarımsəhra və quru çöllüklərə
xas olan bitki formasiyalarının,
müxtəlif relyefli
və tipli torpaq örtüklərinin,
göl və su axarlarının, kanal və kollektor
sularının, köhnə
və qurumuş arx yerlərinin olması parkın ərazisində bir çox suda-quruda yaşayan və sürünən heyvan növlərinin yayılmasına
şərait yaratmışdır.
Əlverişli təbii
biotopların, zəngin
yem bazasının (müxtəlif növ quşların, gəmirici
heyvanların və digər xırda məməlilərin) mövcud
olması ərazidə,
xüsusən, sürünən
heyvanların geniş
yayılmasına imkan
verir.
Şirvan Milli Parkının ərazisində
4 növ suda-quruda yaşayan heyvanlara rast gəlinir. Bunlar Suriya sarımsaqiyli
qurbağa yaşıl
quru qurbağası, Kiçik Asiya ağac qurbağası və göl qurbağasıdır (Rana
ridibunda).
Suriya sarımsaqiyli qurbağa nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün "Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı"na və Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmişdir, qanunla qorunur. Şirvan Milli Parkının heterofaunasını 17 növ sürünən heyvanlar təşkil edir. Bunlardan 3 növü tısbağa, 6 növü kərtənkələ və 8 növü ilanlardır.
Aralıq dənizi və ya qunı tısbağası nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün "Beynəlxalq Təbiəti Mühafızə İttifaqının Siyahısı"na və Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmişdir, qanunla qorunur.
Cənubi Qafqaz gürzəsi Milli Parkın ərazisində geniş yayılmış sürünən növlərdəndir. Tibbi xammal olan zəhərinə görə gürzə ilanları qiymətli sürünən növü hesab olunur.
Şirvan Milli Parkında 230 növ quş qeydə alınmışdır. Bu zənginlik Milli Parkın quşların miqrasiya yolunda yerləşməsi və ərazisində quşların yaşayışı üçün biotopların müxtəlifliyi ilə əlaqədardır.
Quşların miqrasiyası və qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasən yaşılbaş ördəklər, fıtçi cürə, boz ördək, marek, bizquyruq, cırıldayan cürə, enliburun ördək, flaminqo, fısıldayan qu, qaşqaldaq, dərin su sahələrində isə qırmızıburun, qırmızıbaş, kəkilli və dəniz dalğıcları, güləyən ördək və digər ördək növləri toplantılar əmələ gətirirlər.
Göstərilən biotoplarda iyrəncələrə, qutanlara, qarabattaqlara və qağayılara rast gəlinir.
Göllərin ətrafındakı açıq bataqlıq sahələrdə, dənizsahili nəmli qumsallıqlar və laqunalarda çovdarçılar, bizdimdiklər və bekaslar toplantılar əmələ gətirir.
Qırmızıdöş qaz, boz, ağalın və ağqaş qazlar Milli Parkın bütün açıq su biotoplarında istirahət edir, yarımsəhraların dənli efemer, yovşanlı efemer və digər bitki formasiyaları ilə örtülü olan sahələrində qidalanırlar.
Böyük və Kiçik Çala (Qızılqaz) göllərinin 60-65 faizini təşkil edən qarğı və qamışlıqların əsas sakinləri su fərəsi, adi porzan, kiçik porzan, cırtdan porzan və qamışlıq fərələridir.
Milli Parkın əsas hissəsini təşkil edən yarımsəhralar Azərbaycan və dünya miqyasında təhlükədə olan bəzgəyin və dovdağın yaşayışı üçün xüsusi əhəmiyyətə malikdir.
Yırtıcı quşlardan çay qaraquşu ağquyruq dəniz qartalı, çöl sarı, adi sar, çöl qartalı, böyük qartalça, məzar qartalı, ütəlgi, şahin və s. növlərə az miqdarda rast gəlinir. Oturaq növ olan turac Milli Parkın cənub-qərb və cənub-şərq hissəsində çox kiçik sahələrdə yayılmışdır.
Azərbaycan və dünya miqyasında təhlükədə olan quşlardan Milli Parkın ərazisində 34 növə rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın "Qırmızı Kitabı"na, 10-u ancaq "Beynəlxalq Təbiəti Mühafızə Cəmiyyətinin Siyahısı"na, 10-u isə həm Azərbaycanın "Qırmızı Kitabı"na (1989), həm də "Beynəlxalq Təbiəti Mühafızə Cəmiyyətinin Siyahısı"na (2002) daxil edilmişdir.
Məməli heyvanların respublikamızda yayılmış bütün dəstələrinin nümayəndələrinə Şirvan Milli Parkının ərazisində rast gəlinir.
Bu növlərdən ceyran, safsar və çöl pişiyi respublikamızın
"Qırmızı Kitabı"na daxil edilmişdir.
Xəzər suitisi, ceyran və safsar "Beynəlxalq Təbiəti Mühafızə
Cəmiyyətinin Siyahısı"nda müxtəlif statusla qorunan növlər elan edilmişdir. Bütün yarasa növləri EUROBATS
sazişinə görə
mühafizə olunurlar.
Xalq qəzeti.- 2007.- 3 mart.- S. 11.