Martın 8-də
Azərbaycan Prezidenti İlham Əliyev Yaşıl teatrda
aparılan və Bakının digər yerlərində
görüləcək yenidənqurma işləri ilə
tanış olmuşdur.
Dövlətimizin başçısı 2005-ci ilin avqustunda vaxtilə paytaxtın məşhur mədəniyyət
ocaqlarından olan Yaşıl teatrın yenidən qurulması haqqında Sərəncam imzalamışdı. Burada
görüləcək işlərin
layihəsini “Bakımənzilkommunallayihə”
İnstitutu Türkiyədən
dəvət olunmuş
mütəxəssislərin
iştirakı ilə
hazırlamışdır.
Prezident İlham Əliyev burada yenidənqurma işlərinin
gedişini daim nəzarətdə saxlayır.
Növbəti dəfə
buraya gələn dövlətimizin başçısına
görülən işlər
barədə ətraflı
məlumat verildi. Bildirildi ki, bu ilin mayında
istifadəyə veriləcək
Yaşıl teatrda
2500 tamaşaçı yeri
olacaqdır.
Prezident İlham Əliyev işlərin vəziyyəti ilə tanış oldu və yenidənqurmadan sonra Yaşıl teatrın ən müasir standartlar səviyyəsində olmasının
zəruriliyini bildirdi,
müvafiq tapşırıqlarını
verdi.
Sonra dövlətimizin
başçısı funikulyorun
qarşısındakı meydana
gəldi. Prezidentə
burada aparılacaq yenidənqurma işləri
ilə bağlı məlumat verilərək bildirildi ki, tezliklə meydan yeni görkəm alacaq, paytaxtın yaraşıqlı guşələrindən
birinə çevriləcəkdir.
Azərbaycan paytaxtının baş meydanını bəzəyən, memarlığı
baxımından və
əzəməti ilə
diqqəti cəlb edən, hazırda geniş təmir işləri gedən Hökumət evinin qarşısında, Milli parkda yerləşən fəvvarə də görkəmini büsbütün
dəyişəcəkdir.
Bütün bunlar barədə ətraflı
məlumat alan Prezident İlham Əliyev müvafiq tövsiyələrini də
söylədi. Eyni zamanda, dövlətimizin başçısı bildirdi
ki, ölkəmizin mədəniyyət, incəsənət
ocaqlarında, paytaxtı
Bakının müxtəlif
yerlərində əsaslı
təmir və yenidənqurma, abadlıq işləri daha da genişləndiriləcəkdir.
Xalq qəzeti.- 2007.- 10 mart.- S. 5.