Zərifə Əliyeva parkı
qəbələlilərin ən sevimli istirahət
guşəsidir
Azərbaycan Prezidenti
İlham Əliyev martın 2-də Qəbələ
şəhərində görkəmli oftalmoloq alim, akademik
Zərifə xanım Əliyevanın adını
daşıyan parkın açılışında
iştirak etmişdir. Burada dövlətimizin
başçısını və xanımını
nıusiqi ilə qarşıladılar.
Prezident İlham Əliyev
parkın rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, 6,5
hektar ərazini əhatə edən parkda milliliklə müasirlik
çox uyarlı şəkildə uzlaşdırılmışdır.
Burada kafe, şirniyyat evi, idman kompleksi, ağsaqqallar
üçün çay evi, restoran, diskoteka, konsert və
əyləncəli proqramlar üçün gözəl
səhnə yaradılmışdır. Gözoxşayan parkda
7 süni göl, fəvvarəli hovuzlar, yaraşıqlı
bulaqlar vardır. Parkda 10 mindən çox gül kolu və
ağac əkilmişdir. Xüsusilə gecə vaxtları
əsrarəngiz görünən park zəngin
təəssürat bağışlayır. Sakinlərin
istirahəti üçün hər cür şərait
yaradılmış bu mədəniyyət və istirahət
obyekti müasir standartlara cavab verir. Gənclərin asudə
vaxtının səmərəli keçməsi
üçün maraqlı proqramlar təşkil olunur,
kiçik yaşlı
uşaqlar üçün də karusellər,
yelləncəklər quraşdırılmışdır. Kompleksdə
futbol, voleybol, basketbol meydançaları, idman salonları var. Burada gələcəkdə rayon əhəmiyyətli yarışlar keçiriləcəkdir.
Prezident İlham Əliyev incəsənət ustalarının ifasını dinlədi, idman kompleksində balaca karateçilərin nümunəvi çıxışlarına, futbolçuların məşqlərinə tamaşa etdi.
Dövlətimizin başçısı parkı gəzdi, rayonun gənc rəssamlarının işlərinə baxdı, parka gəzintiyə çıxmış sakinlərlə görüşdü. Prezident İlham Əliyevə gənc rəssamların adından rəsm əsəri hədiyyə olundu.
Sakinlər ali qonağı
və xanımını salamladılar, istirahət
üçün yaradılan şəraitə görə təşəkkür etdilər, göstərilən diqqət və qayğıdan razılıqlarını bildirdilər. Balaca uşaqlar ulu öndər Heydər Əliyevə və dövlətimizin başçısına həsr olunmuş şeirlər söylədilər.
Prezident İlham Əliyev onlara təşəkkür edərək dedi ki, park çox gözəldir. İstirahət üçün hər bir şərait var, çox gözəl abadhq işləri görülmüşdür. İnsanlar buradan səmərəli istifadə edəcəklər.
Sakinlər və balaca uşaqlarla xatirə şəkli çəkdirən dövlətimizin başçısı gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün yaradılan diskoteka ilə də
Sonra Prezident İlham
Əliyev parkda istirahət edən ağsaqqallarla
görüşüb söhbət etdi.
Rayon Ağsaqqallar Şurasının
sədri Nazim Mustafayev dövlətimizin
başçısına müraciətlə dedi ki, cənab
Prezident, bu gün bizim üçün çox xoş bir
gündür. Sizin və xanımımzla
birlikdə buraya gəlməyiniz bizim üçün
toy-bayramdır. Ulu öndərimizi biz
heç vaxt yaddan çıxarmırıq. Allah ona qəni-qəni rəhmət eləsin. Sizə isə ailənizlə birlikdə
xoşbəxtlik arzulayırıq. Siz nəinki
Azərbaycanda, xarici ölkələrdə də ən
yüksək hörmətlə qarşılanırsınız.
Bu da bizi fərəhləndirir.
Yavər Məmmədov (rayon
ağsaqqalı): Cənab Prezident, bu istirahət parkı
rəhmətlik Zərifə xanım Əliyevanın
adını daşıyır. Zərifə
xanım yeganə akademik olub ki, göz
xəstəliklərinin müalicəsi ilə əlaqədar
zavodlarda, fabriklərdə, müəssisələrdə
xüsusi laboratoriyaları var idi. Fəhlələri
müalicə edib, çox insanlara şəfa veribdir. Mənim böyük qızım onun
tələbəsi olub, müəyyən vaxtlarda o
proseslərdə iştirak edibdir. Allah-taaladan
ona rəhmət diləyirik. Ağsaqqal kimi mən
fəxr edirəm ki, Zərifə xanımın adına
belə gözəl park salınıbdır. Biz
Mehriban xanıma da minnətdarıq. Heydər
Əliyev Fondunun təşəbbüsü, köməyi
ilə Qəbələdə neçə-neçə məktəb
tikilibdir. O, dağılan məktəbləri yenidən
tikir. Bu xeyirxah işlərə görə
hamı təşəkkür edir. Hamınıza
xoşbəxtlik, ailə səadəti arzulayırıq.
Qəbələ camaatının Sizə
xüsusi hörməti var.
Prezident İlham Əliyev təşəkkür
edərək dedi ki, bu park çox yüksək
səviyyədə salınmışdır. Əslində,
bu parkda ölkəmizdə gedən bütün proseslər
öz əksini tapır. İdmançılar,
gənclər, uşaqlar üçün məşq,
istirahət, oyun yerləri, ağsaqqalların istirahəti
üçün şərait yaradılmışdır.
Buranın havası da, təbiəti də
çox gözəldir. Adam bu dağlara baxanda
özünü daha da gümrah hiss edir. Ona
görə hər cür şərait var. İndi
məndən də yaxşı bilirsiniz ki, Qəbələ
necə gözəlləşir, inkişaf edir. Qəbələ buna layiqdir. Çünki
Azərbaycanın qədim paytaxtı olubdur, qədim, tarixi
şəhəridir. Ona görə
gərək inkişafı hərtərəfli olsun.
Ulu öndər
Qəbələyə 2002-ci ildə gəlmişdi. O vaxtdan beş
il keçib, amma nə qədər böyük
dəyişikliklər baş veribdir. Qəbələni
tanımaq mümkün deyildir. Bundan sonra
daha da yaxşı olacaqdır. Parklar, müəssisələr,
xəstəxanalar, müxtəlif sənaye obyektləri tikilir,
iş yerləri açıhr. Bunların
hamısı vacibdir.
Yavər Məmmədov: Rayonun
inkişafında Milli Məclisin deputatı Fəttah
Heydərovun da xidmətləri var. İndi rayonda sovet dövründə
görülən işlərdən qat-qat artıq
işlər görülür. Qəbələdə altı
mindən çox iş yeri
yaradılıbdır. İnsanlar bu
inkişafı, bu gözəlliyi görəndə yaşamaq
həvəsi daha da artır.
İlham Əliyev: Mən də
görəndə ki, insanların əhval-ruhiyyəsi
yaxşıdır, üzü gülür, mənə daha
çox güc gəlir.
Fəttah Heydərov (Milli Məclisin
deputatı): Həqiqətən də, ulu öndərimizin
ayağı lıaraya dəyibsə, ora dirçəlib, yeni
həyat qazanıbdır. Qəbələ
tamamilə dəyişibdir, inkişaf edir. Ağsaqqalların hamısı sanki cavanlaşıbdır.
Nazim Mustafayev: Cənab Prezident,
ağsaqqallar Sizdən çox razıdırlar. Sağ olun ki,
pensiyaları vaxtaşırı artırırsınız.
İlham Əliyev: Pensiyalar, minimum
əmək haqqı artırılıbdır. Bu
hələ başlanğıcdır. İmkanlarımız
genişlənir, daha da çox artıracağıq.
Nuru Cabbarov (ağsaqqal):
Hörmətli Prezidentimiz, bu gün bizə ən
yüksək, əvəzolunmaz mükafat verirsiniz. Allah Sizə cansağlığı versin, atanıza
da rəhmət diləyirik. Görülən
bu işlərə görə, bu gözəlliyi, imkanları
bizlərə verdiyinizə görə olduqca minnətdarıq.
İlham Əliyev: Çox sağ olun. Həm iqtisadi, həm
də sosial sahədə inkişaf var, sosial məsələləri
həll edirik. İndi böyük
xəstəxana tikirik.
Nazim Mustafayev: İstəyirik, Siz uzun
illər, on, iyirmi, otuz il Azərbaycana
rəhbərlik edəsiniz. Siz
hamımızın Prezidentisiniz.
Süleyman Mehdiyev (ağsaqqal):
Apardığımız siyasəti biz çox böyük
ruh yüksəkliyi ilə dəstəkləyirik. Həmişə Sizin yanınızdayıq. Yaratdığınız şəraitə
görə də minnətdarıq. İndi
Qəbələ rayonu qələbə rayonuna çevrilibdir.
İlham Əliyev: Görəndə
ki, həyat yaxşılaşır, sevinirəm. Yeni binalar tikilir, insanlar daha da yaxşı
yaşayır, əhval-ruhiyyə yaxşıdır. Qəbələ indi ən sürətlə
inkişaf edən rayonlardan biridir.
Nuru Cabbarov: Rayonumuzdan seçilən
deputatımız da, icra hakimiyyətinin
başçısı da yorulmaq bilmədən
çalışırlar.
İlham Əliyev: Deputatlar öz seçiciləri
üçün işləməlidir. Deputat
belə olmalıdır.
Nazim Mustafayev: Səhər işə
gedib, axşam evinə dönən adam
xoşbəxtdir. Siz bu xoşbəxtliyi insanlara
bəxş etmisiniz. Dediyiniz 600 min iş yeri
açılır, insanlar işlə məşğul olur,
axşam ailəsi üçün çörək aparır
bunların hamısı çox gözəldir. Hazırda 520
min iş yeri yaradılıbdır.
İlham Əliyev: Sosial məsələlərə
diqqət yetirilir. Məsələn,
məktəb tikilir. Nə
üçün? Çünki uşaqlar
yaxşı məktəbdə oxusunlar, internet olsun,
bilsinlər dünyada nə baş verir. Yəni
bilikli olsunlar. İndi bizim iqtisadi
potensialımız möhkəmlənir. Əsas
istəyimiz odur ki, gənc nəsil savadlı olsun. Xəstəxanalar da tikilir. Qəbələdə
müalicə-diaqnostika mərkəzi tikilir. Sizdən xahiş edirəm ki, hazır olanda vaxtaşırı
oraya gedin, müayinədən keçin. Düzdür
görürək siz sağlamsınız, gümrahsınız.
Amma yenə də tibbi nəzarət olmalıdır.
Əvvəllər, Sovet İttifaqı zamanı
belə təşəbbüs irəli sürmüşdülər
ki, insanlar ümumi dispanser müayinəsindən
keçməlidirlər. Amma onu təmin
edə bilmədilər, çünki imkan yox idi. Biz indi bölgələrdə müalicə-diaqnostika
kompleksləri yaradırıq. Əsas
məqsəd odur ki, bütün insanlar ildə bir dəfə
orada müayinədən keçsinlər. Orada həm
rentgen müayinəsi, həm qan, həm də digər analizlər
aparılır və s. İnsanlar bilir ki, xəstəliyi
nədir və necə müalicə olunmalıdır. Ondan sonra müalicə alır, rahat yaşayır.
Mən istəyirəm bölgələrdə bu
yeniliklər kök salsın ki, yaşından asılı
olmayaraq, bütün insanlar öz
sağlamlığını qorusunlar, çox yaşasınlar.
Ağsaqqallar həmişə qabaqcıl
mövqelərdə olsunlar. Siz
həmişə fəal olmusunuz.
Fəttah Heydərov: Burada müdrik
insanlar var. Ağsaqqallar Sizin dayağınızdır,
bütün məsələlərdə
..öndədirlər, çevikdirlər, gənclərə
düz yol göstərir, ınəsləhətlər
verirlər, görülən işlərə sevinirlər. Problemlərin həllində səbir nümayiş
etdirirlər.
İlham Əliyev: Bu, gənclər
üçün lazımdır. Biz
gəncləri vətənpərvər, peşəkar
böyütməliyik. Onlar sizə
baxıb nümunə götürürlər. Çox şadam ki, sizinlə görüşdüm.
Sizə cansağlığı, uğurlar arzulayıram.
Dövlətimizin
başçısı ağsaqqallarla nərd oynadı,
çay süfrəsi arxasında söhbət etdi.
Prezident İlham Əliyev
"Zop-zopu" özfəaliyyət folklor ansamblının
nümunəvi çıxışına maraqla tamaşa
etdi. Bildirildi ki, ansambl Fransada, Rusiyada və digər ölkələrdə
keçirilən folklor musiqisi festivallarında uğurla
çıxış edir.
Xalq qəzeti.- 2007.- 3 mart.- S. 4.