Heydər Əliyev muzeyinin açılışı

 

Həmin gün Oğuz şəhərində ulu öndərin adını daşıyan muzeyin açılış mərasimi oldu.
Azərbaycan Prezidenti İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi.
Dövlətimizin başçısına məlumat verildi ki, muzey görkəmli dövlət xadimi siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin irsinin təbliği, gənc nəslin bu irsdən yararlanması məqsədi ilə yaradılmışdır. Burada ulu öndərin uşaqlıq gənclik illərini, ailə həyatını, Azərbaycana rəhbərliyinin hər iki dövrünü, kənd təsərrüfatının, sənayenin inkişafına, ordu quruculuğuna, mədəniyyətə idmana qayğısını, “Əsrin müqaviləsinin imzalanmasını, BakıTbilisiCeyhan layihəsinin həyata keçirilməsini əks etdirən 240-a yaxın şəkil eksponat, habelə ulu öndərin həyat fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən kitablar toplanmışdır. Dörd bölmədən ibarət olan muzeydə Prezident İlham Əliyevin 2005-ci ildə Oğuz rayonuna səfəri burada keçirdiyi görüşlərə dair fotoşəkillər toplanmışdır.
Dövlətimizin başçısı muzeyin ayrı-ayrı guşələri ilə tanış oldu, muzeyin xatirə kitabına ürək sözlərini yazdı.


Xalq qəzeti.- 2007.- 2 mart.- S. 5.