Elçin
Müasir Ermənistan
ərazisində məhv edilən abidələrimiz
Şah İsmayıl
Xətainin tikdirdiyi İrəvan qalası da daxil olmaqla, 110
məscid yerlə-yeksan edilib
Müxtəlif
illərdə dağıdılan Azərbaycan-türk
mənşəli tarix-mədəniyyət abidələrinin
sayı isə 1870-dən çoxdur
Tarixən
Azərbaycanın başına çoxlu fəlakətlər
gəlib. Bu fəlakətlərin baş verməsində ermənilər
az rol oynamayıblar. Ruhsuz, köksüz, soysuz erməni daim
Azərbaycan-türk mədəniyyətinin soraqlarını
ya öz adına çıxıb, ya da silinməsinə çalışıb.
Amma biz bunu ya görməmişik, fərqinə
varmamışıq, ya da görüb, anlayıb susmağa məhkum
edilmişik. Amma bu gün dağıdılan, məhv edilən
abidələrimizin siyahısını tutur, tarixini
araşdırır, tapdaq altında qalan və məhv
edilməkdə olan hissəsinin hansısa üsulla dağıdılmasına
mane olmağa çalışırıq. Bu istiqamətdə
fəaliyyət göstərən dövlət
idarələri ilə bərabər, Azərbaycan
Abidələri Müdafıə Təşkilatı İctimai
Birliyi də mövcuddur. Birliyin sədri Faiq İsmayılovla
apardığımız söhbət elə bu
istiqamətdə oldu. Bildiyiniz kimi, Azərbaycan torpaqları
1828-ci ildə Türkmənçay müqaviləsi ilə
Rusiya və İran arasında
bölüşdürüldükdən sonra çar Rusiyası
mərhələli şəkildə ermənilərin bu
torpaqlarda məskunlaşmasına imkan yaratdı.
İran və
Türkiyə ərazilərindən ermənilər
məqsədli, mərhələli şəkildə
köçürülərək Azərbaycan torpaqlarında
məskunlaşdırıldılar. Həmin faktı yada salan F.İsmayılov
mədəniyyət abidələrimizin
dağıdılmasının tarixini həmin faktla
əlaqələndirin "Yersiz gəldi, yerli qaç"
prinsipinə əsaslanan ermənilər məskunlaşdıqları
ərazilərdə Azərbaycan ruhundan soraq verən hər
nə varsa, hamısını məhv edirdilər.
Xüsusilə məscidləri, inanc yerlərini,
qəbiristanlıqları, qəbirüstü abidələri
uçurub-dağıdırdırlar. Bir çox
incəsənət nümunələri, o cümlədən
zərgərlik, toxuculuq, məişət əşyaları,
şifahi və yazılı xalq ədəbiyyatı nümunələri,
musiqi əsərləri və musiqi alətləri
ermənilər tərəfindən
mənimsənilərək "erməni incəsənət
nümunələri" kimi dünyada təbliğ
olunmağa başladı. Zaman-zaman ermənilərin məqsədli
şəkildə səylə girişdikləri bu vandalizm aktı
sonradan daha da təkmilləşdi, indiki həddə çatdı".
Bu, nəinki azərbaycanlıların soykökünə,
həm də mədəniyyətinə və
incəsənətinə edilən təcavüz kimİ
qiymətləndirilməlidir. Dağıdılan abidələrimizlə
bağlı faktları sadalayan həmsöhbətimiz bu rəqəmlərin
hər kəsə ınəlum olmasının vacibliyini
də vurğuladı: "Ermənilərin təcavüzünə
məruz qalan həm də tarix və memarlıq abidələrimizdir.
Belə ki, İrəvan şəhərində Şah
İsmayıl Xətainin öz vəziri Rəvan Qulu xana tikdirdiyi
İrəvan qalası, o cümlədən İrəvan
qəzasında 42, Eçmiədzin qəzasında 33,
Zəngəzıır qəzasında 35 məscid
dağıdılaraq yerlə-yeksan edildi. 1913-18-ci
illərdə İrəvan şəhərində Sərdar
sarayı kompleksi, çoxsaylı karvansaralar, hamamlar,
türbələr, bir sözlə, müxtəlİf
illərdə 1870-dən çox Azərbaycan-türk
mənşəli tarix-mədəniyyət abidələri, bir
o qədər də qədim və orta əsrlərə aid
qəbiristanlıqlar, heykəllər, dekorativ
tətbiqi-sənət nümunələri tamamilə məhv
edilib. Azərbaycan türklərinə məxsus kənd,
qəsəbə, el-oba, yer-yurd adları dəyişdirilərək
erməniləşdirilib, minlərlə mədəniyyət
nümunələri qarət edilərək dünyada
"erməni incəsənət nümunələri"
adı altında hərraca çıxarılıb.
Ümumiyyətlə, ermənilər daim Güney Qafqazda xristianlığa
qədər olan dovrün abidələrini,
xaçdaşlarını, xristianlıq dövrü
abidələrini, daş-yazı nümunələrini
mənimsəməyə, yəni erməniləşdirməyə
çalışıblar. Hətta bir çox alban dövrü
memarlıq abidələri də erməni
memarlığının nümunələri kimi təqdim
olunur. Minillik tarixə malik bir sivilizasiyanın
mədəniyyətinin mənimsənilməsi, tarixinin
təhrif olunması digər millətlər üçün
çox pis nümunədir". Erməni həmişə
fiirsət axtarıb. Gedişat onu göstərir ki, başqa
xalqın maddi və mənəvi dəyərlərini oğurlamaq
hesabına daim var olmaq istəyi, xülyası gec-tez
məhvə məhkumdur: 'Ermənilər bir çox alban
dövrü memarlıq abidələri üzərindəki
yaz: nümunələrinin və xaç
şəkillərinin üzərində dəyişiklik
apararaq onları təhrif edib, saxtalaşdırıblar. Bu hərəkətləri ilə
onlar özlərinə
Qafqazın əzəli
və əbədi sakinləri imicini yaratmaq istəyirlər. Lakin tarix
heç nəyi unutmur. Görkəmli
rus alimi Diakonov yazırdı: "Qədim haylar" (ermənilər) təqribən
bizim eradan əvvəl I minillikdə
Fərat çayının
yuxarı vadisində vəhşi təbiətli
"nairlər" kimi
meydana əlmişlər"".
F.İsmayılov qədim
alban abidələrinin
öz üslubuna, ornamental
quruluşuna, xarakterinə
və keyfiyyətinə
görə özündən
əvvəlki və özündən sonrakı
dövr abidələrindən
çox kəskin şəkildə fərqləndiyini
vurğuladı: "Qədim
alban memarlığı
öz plastikasına görə erməni mədəniyyətinə qətiyyən
uyğun gəlmir. Alban mədəni irsi içərisində bəzən oxşarlıq
axtaran erməni alimləri çox vaxt bu abidələrin
qədim albanlara aid olduğunu qəti inkar edirlər. Buna misal olaraq, Xocavənd
rayonundakı "Amaras"
məbədini, Laçın
rayonunun Kosalar kəndindəki "Ağoğlan"
məbədini, Kəlbəcər
rayonunun Vəng kəndində 1215-1261-ci illərdə
Laçın knyazı
Həsən Cəlal tərəfındən inşa
edilən alban memarlığının ən
möhtəşəm əsərlərindən
biri olan Gəncəsər (Qanzasar)
monastrını, Culfa
rayonunda olan daş-yazı nümunələrini
və xaçdaşlarını
misal göstərmək
olar. Həmçinin bu siyahıya
digər bölgədə
olan xristian dövrünə qədərki
tarixi abidələri də əlavə etmək olar. Hər hansı bir iddianın arxasında tarixi faktlar, yeni tarixin təsdiq
etdiyi sübutlar dayanmalıdır. Belə olmadıqda,
irəli sürülən
iddialar gec-tez öz mənasını itirir. Ermənilər
iddiaların tarixi köklərinin araşdırılmasından
qorxaraq daim digər böyük və nüfüzlu dövlətlərin "hörmətindən
və mərhəmətindən"
yararlanmağa çalışırlar:
1915-ci il "erməni
soyqırımı" məsələsində
olduğu kimi". F.İsmayılov bu torpağın qədim sakinlərinin oda və günəşə
sitayiş etmələrinin
artıq fakt olduğunu diqqətə çəkir: "Hələ
heç bir dinin mövcud olmadığı dövrlərdə
insanlar odun, günəşin rəsmlərini
daşlara, yaşayış
yerlərinin divarlarına
oyma, cızma üsulları ilə həkk edirdilər. Hətta günəşi, ayı meydana gətirə biləcək allahları da təxəyyüllərində
canlandırmaqla yanaşı
onları müxtəlif
daşlar üzərinə
həkk etməklə
qədim dövr mədəniyyətinin inkişafına
təkan verirdilər.
Ermənilər bu tipli daşları oğurlayaraq
daha sıx məskunlaşdıqları toıpaqlara
aparırlar. Hətta
onlar Laçın, Kəlbəcər və digər rayonların ərazilərində
qədim alban məbədlərinin daşları
üzərindəki yazı
nümunələrinin ermənilərə
məxsus olduğunu iddia edirlər. Odur ki, biz ermənilərin iddialı olduqları biri neçə qədim alban abidələrinin memarlıq
quruluşunu. daxili və xarici tərtibatını
nümayiş etdirməklə
onların digər xalqların mədəniyyətini
necə oğurlamasını,
vandallığını diqqətə
çatdırmaq istəyirik".
F.İsmayılov indiki
Ermənistanın Sisyan
rayonunun Urud kənd qəbiristanlığında
yerləşən, 16-cı əsrə aid qoç fiqurlar, süjet xarakterli oymaların ermənilər tərəfindən
tamamilə məhv edildiyini bildirir: "Bunlar daş üzərində oyma sənətinin çox
nadir nümunələri idi.
Azərbaycan-türk və müsəlman
dini abidələri qəddarcasına dağıdıb
yox edən ermənilər xüsusən
son onillərdə Dağlıq
Qarabağ münaqişəsi
zamanı Azərbaycanın
tarixi ərazilərində
yeni vandallıq aktları törədiblər.
Dağlıq Qarabağ və
işğal olunmuş
digər ərazilərimizdə
1200 tarixi memarlıq abidəsi ya tamamilə mehv edilib, ya da
qismən dağıdılıb,
27 muzey və şəkil qalereyası qarət edilib, 100 mindən çox eksponat oğurlanaraq indiki Ennənistana daşınıb. İrəvan, Dərələyəz və
Zəngəzur, Naxçıvan
və Qarabağ bölgələrindəki at, qoç
fiqurları, daş üzərində süjet
xarakterli və
ornamental oymalar xüsusi
əhəmiyyət kəsb
edirdi. Bu barədə 1834-cü ildə
fransız səyyahı
Lyubia de Monpere yazırdı ki, Qarabağda çoxlu daş, heyvan fiqurları var və yerli əhali
onlara xüsusi hörmət bəsləyir".
F.İsmayılov daha sonra bildirir ki, ermənilər
işğal etdikləri
ərazilərin qəbiristanlıqlarından
heyvan fıqurlarını,
süjetli daşları,
qəbir daşlarını
söküb yenidən
emal edərək müxtəlif məqsədlər
üçün istifadə
edirlər. İndiki
Ermənistan və işğal edilmiş digər ərazilərimizdə
Azərbaycanın yüz
minlərlə sənət
nümunələri və
qəbirlər dağıdılıb,
işğal olunmuş
ərazilərdə bir
dənə də olsun salamat qəbiristanlıq
qalmayıb: "Ermənilər
istər Qarabağ, istərsə də digər ərazilərdə
vandalism siyasətini düşünülmüş,
planlı şəkildə
həyata keçirirlər".
Yaddaş.- 2007.- 15 mart.- S. 5.