Mədəniyyət Turizm naziri fəxri adları təqdim etdi

 

Ötən həftə Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev ölkə başçısının fərmanı ilə "Əməkdar artist", "Əməkdar incəsənət xadimi" "Əməkdar rəssam" adı alan mədəniyyət işçilərinə fəxri adları təqdim etdi.

Bu, fəxri ad alan mədəniyyət işçilərinin bir qismi idi. Həmin adlara layiq görülən digər qism qadınlar öz mükafatlarını simvolik olaraq 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində aldılar. Mərasimdən öncə nazir qonaqları salamladı, bildirdi ki, ənənəvi olaraq Prezidentin sərəncamı ilə verilən fəxri adlar müvafiq dövlət adamları tərəfindən təltif olunur. Nazir bu fərmanların icrasını həyata keçirdiyi üçün məmnunluq duyduğunu bildirdi.

Qadınların ictimai həyatda əhəmiyyətli rolunu qeyd edən nazir onu da vurğuladı ki, xanımlarsız heç bir sahədə keçinmək mümkün deyil.

Tarixin keçmiş səhifələrini vərəqləyərkən görərik ki, elə qədimdən Azərbaycan qadını mübariz, şücaətli olublar. Ümumilikdə qadınlar bəşəriyyətə töhfədir.

Ona görə biz sevinirik ki, müvəffəqiyyətlərin arxasında qadınlar dayanır. Nazir mərasimdə iştirak edən qadın mətbuat nümayəndələrini təbrik etdi onlara uğurlar arzuladı.

Sonda nazir "Əməkdar artist", "Əməkdar incəsənət xadimi" "Əməkdar rəssam" adına layiq görülən mədəniyyət işçilərini mükafatlandırdı. Mərasimdə xanımlara fəxri adlarla yanaşı, nazirlik tərəfindən xüsusi hədiyyə təqdim olundu.

Qeyd edək ki, fəxri ad alanlar arasında G. İmanova, C.Haşımova, K.Dadaşova, F.İbadova, T.Ağayeva, V.Abbasova, N.Qəribova, K.Rəhimli, S.Ağayeva, S.Musayeva, S.Şıxlinskaya s. var idi.

 

Kino+.- 2007.- 8 mart.- S. 2.