Muzey Mərkəzində "Mərkəzi Avropa və Asiyanın petroqlifləri,
“Qobustan mədəni landşaftı”
mövzusunda beynəlxalq
seminar başlayıb
Bu gün
Muzey Mərkəzində
"Mərkəzi Avropa
və Asiyanın petroqlifləri, Qobustan mədəni landşaftı"
mövzusunda beynəlxalq
seminarın açılış
mərasimi keçirilib. APA-nın məlumatına görə, seminar Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüsü
ilə Qobustan Dövlət Tarixi-Bədii
Qoruğunun bazasında
Norveç Krallığının
Xarici İşlər
Nazirliyi və
Mədəniyyət və Turizm Nazirliyi qayaüstü rəsmlərin
sənədləşdirilməsi, mühafizəsi, konservasiyası
və idarə olunması məsələlərinin
həlli yollarının
xarici mütəxəssislərlə
birgə araşdırmaq
məqsədi ilə keçirilir: "Bu tədbirin
həyata keçirilməsinə
Mərkəzi Asiya Qayaüstü İncəsənət
Məlumat bazası –
CARAD cəlb olunub. Bu məqsədlə hələ
2006-cı ilin martında
Heydər Əliyev Fondunun dəstəyi ilə qayaüstü rəsmlər üzrə Norveç ekspertləri doktor Anne-Sofie Higen və professor Helskoq Knut Bakıya
dəvət olunmuş
və nazirliyimizin mütəxəssisləri ilə
birlikdə Qobustan qoruğunun Fəaliyyət
Planı hazırlanmışdı.
Seminarın işində
8 ölkənin - Norveç
krallığı, Rusiya
Federasiyası, Qazaxıstan,
Özbəkistan, Tacikistan,
Qırğızıstan, Gürcüstan
və Azərbaycan alim və mütəxəssisləri
iştirak edir". Açılış mərasimində
Norveç Krallığının
ölkəmizdəki fövqəladə
və səlahiyyətli
səfiri Yon Ramberq Qobustan qayaüstü rəsmlərinin Azərbaycan
tarixinin zənginliyindən
xəbər verdiyini deyib: "Bakıda ilk getdiyim yer məhz
Qobustan olub. Qobustan qayaüstü rəsmləri
Norveçdəki qayaüstü
rəsmlərə bənzəyir.
Azərbaycanla Norveçin mədəni
əlaqələri daha
da genişləndirilməlidir".
Qeyd edək ki, seminar martın 31-dək Muzey Mərkəzində və
Qobustan qoruğunda davam edəcək.
Vətəndaş həmrəyliyi.- 2007.- 28 mart-1
aprel.- S. 16.