Yon Ramberq :
" Azərbaycanla Norveçin mədəni
əlaqələri daha da genişləndirilməlidir"
Muzey
Mərkəzində "Mərkəzi Avropa və Asiyanın
petroqlifləri. Qobustan mədəni landşaftı"
müvzusunda beynəlxalq
seminar başlayıb Dünən Muzey Mərkəzində "Mərkəzi
Avropa və Asiyanın petroqlifləri.
Qobustan mədəni landşaftı" müvzusunda
beynəlxalq seminarın
açılış mərasimi
keçirilib. Seminar Mədəniyyət və
Turizm Nazirliyinin təşəbbüsü ilə
Qobustan Düvlət Tarixi-Bədii Qoruğunun bazasında Norveç Krallığının
Xarici İşlər
Nazirliyi və Oslo şəhəri "Rinsantikvaren Mədəni İrs Direktoratı"nın dəstəyi ilə keçirilir. Mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev bildirib ki, seminar
Qobustan qoruğunun beynəlxalq əhəmiyyətini
və UNESCO-nun "Ümumdünya mədəni
irs siyahısı"na daxil edilməsi
ilə əlaqədar
hazırlıq işlərinin
aparılmasını nəzərə
alaraq Mədəniyyət
və Turizm Nazirliyi qayaüstü rəsmlərin sənədləşdirilməsi,
mühafizəsi, konservasiyası
və idarəolunması
məsələlərinin həlli
yollarını xarici mütəxəssislərlə birgə araşdırmaq məqsədi ilə keçirilir: "Bu tədbirin həyata keçirilməsinə Mərkəzi
Asiya Qayaüstü İncəsənət Məlumat
bazası - CARAD cəlb
olunub. Bu məqsədlə hələ 2006-cı ilin martında Heydər Əliyev Fondunun dəstəyi ilə qayaüstü rəsmlər üzrə Norveç ekspertləri doktor Anne-Sofie Higen və professor
Helskoq Knut Bakıya dəvət olunmuş və nazirliyimizin mütəxəssisləri
ilə birlikdə Qobustan qoruğunun Fəaliyyət Planını
hazırlanmışdı.
Seminarın işində
8 ülkənin - Norveç
krallığı, Rusiya
Federasiyası, Qazaxıstan,
Özbəkistan, Tacikistan,
Qırğızıstan, Gürcüstan
və Azərbaycan alim və mütəxəssisləri
iştirak edir". Açılış mərasimində
Norveç Krallığının
ülkəmizdəki füvqəladə
və səlahiyyətli
səfiri Yon Ramberq Qobustan qayaüstü rəsmlərinin
Azərbaycan tarixinin zənginliyindən xəbər
verdiyini deyib: "Bakıda ilk getdiyim yer məhz
Qobustan olub. Qobustan qayaüstü rəsmləri Norveçdəki
qayaüstü rəsmlərə
bənzəyir. Azərbaycanla
Norveçin mədəni
əlaqələri daha
da genişləndirilməlidir".
Qeyd edək ki, seminar martın
31-dək Muzey Mərkəzində və
Qobustan qoruğunda davam edəcək.
Səs.- 2007.- 28 mart.- S. 12.