CNN telekanalında Azərbaycanın turizm potensialı reklam olunur

 

ABŞ-ın CNN telekanalında Azərbaycanın turizm potensialını əks etdirən rolikin ikinci hissəsinin nümayişinə başlanılıb. Mədəniyyət Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Rusiyanın NTV şirkəti tərəfindən çəkilən 45 saniyəlik rolik ilk dəfə ötən ilin oktyabrın 22-dən dekabrın 31-dək nümayiş edilmişdi. Rolikin bu dəfə nümayişi isə iyunun 3-dək davam edəcək.

Yanvarın 22-dən isə rolik ABŞ-ın "Euronews" kanalında nümayiş etdirilir. Nazirtikdən bildiriblər ki, bu kanallarda rolikin nümayişi Azərbaycanın turizm potensialına olan marağı artırıb. ABŞ-da fevralın 23-dən 25-dək keçirilən beynəlxalq turizm sərgisinin iştirakçıları bu rolikə baxdıqdan sonra onların Azərbaycanın turizm bölgələrinə səfər etmək istəklərinin yarandığını bildiriblər.

 

Palitra.- 2007.- 7 mart.- S. 12.