Azərbaycan Berlində
keçirilən 41-ci Beynəlxalq
turizm sərgisində
yüksək səviyyədə
təmsil olunmuşdur
Martın 7-də Almaniyanın paytaxtı Berlində 41-ci Beynəlxalq
turizm sərgisi açılmışdır. Almaniya İqtisadiyyat
Nazirliyinin və Berlin Beynəlxalq Turizm Birjasının
(İTB) dəstəyi ilə
Dünya Turizm Təşkilatının təşkil
etdiyi bu qlobal sərgidə 184 ölkədən 11 mindən
artıq özəl və dövlət turizm qurumları təmsil olunmuşdur.
Ənənəyə uyğun
olaraq, Berlin beynəlxalq turizm sərgisində hər il dünya ölkələrindən
biri fəxri qonaq statusu ilə
iştirak edir. Builki sərginin fəxri tərəfdaş
qonağı və mədəni proqramının
təşkilatçısı Hindistandır.
Almaniyanın federal iqtisadiyyat naziri Mixael Qlos 41-ci Beynəlxalq sərgini açıq elan etmişdir. 160 min kvadratmetr sahəni əhatə edən sərginin 26 nəhəng
pavilyonunda hər iştirakçı ölkənin
ayrıca bölməsi
vardır. Azərbaycanın
bölməsi Avropa pavilyonunda yerləşir.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin bilavasitə rəhbərliyi, "İmproteks-Travel",
"Elita-Travel", "Vahid-S"
şirkətləri və
qurumlarının iştirakı
ilə Bakının Qoşaqala qapısı və Atəşgah tarixi memarlıq abidələri maketlərinin
dekorasiyası çərçivəsində
qurulmuş, girəcəyində
ingilis və alman dillərində "Azərbaycana xoş gəlmisiniz!" sözləri
yazılmış, qarşısında
Azərbaycan Respublikasının
dövlət bayrağı
qaldırılmış bölməmiz
diqqəti dərhal çəkir.
Xatırladaq ki, respublikamızın turizm imkanları və potensialını əks etdirən reklam və çap materiallarının 80 faizi
alman dilində təqdim olunur. Sərginin ilk günü turizm və səyahət həvəskarı olan yüzlərlə tamaşaçı
Azərbaycanın ekspozisiyası
ilə yaxından tanış olmuşdur.
Sərgi martın 11-də başa çatacaqdır.
Azərbaycan.- 2007.- 8mart.- S. 6..