Qafar T.
Ölkədə turizm infrastrukturunun
baş planı hazırlanmalıdır
Turizm həm regionların
inkişafı, həm
də Azərbaycanın
imici, dünyaya inteqrasiyası üçün
çox mühüm vasitədir
Bəzi xarici dövlətlərin təcrübəsi
göstərir ki, turizm sahəsi iqtisadi potensialın güclənməsinə, xalqın
həyat səviyyəsinin
yaxşılaşmasına, ölkənin bir sıra digər problemlərinin həllinə
təkan verən an güclü vasitələrdən biridir.
Turizm ölkələri
kimi tanınan Misir, Yunanıstan, İspaniya, Macarıstan, Bolqarıstan, Baltikyanı
ölkələr bir yana, elə
Türkiyənin timsalında
bunun əyani şahidi olmaq mümkündür. Bu ölkənin dövlət
büdcəsinin təqribən
40 faizinin turizmdən daxil olan gəlirlər
hesabına formalaşdığını
nəzərə alsaq,
onda bu sahənin
əhəmiyyəti barədə
təsəvvür əldə
etmiş olarıq.
Əsrlərdən bəri neft və pambıq ölkəsi kimi tanınmış Azərbaycanda
Sovet hakimiyyətinin qızğın vaxtlarında
da turizmin inkişafı Moskvanın
"diqqətindən" kənarda
qalmışdı. 1970-1980-ci illərdə
respublikaya rəhbərlik
etmiş görkəmli
siyasi xadim Heydər Əliyev Xəzər dənizinin Nabrandan Lənkərana qədər sahilyanı zonasında ümumittifaq turizm və kurort-sanatoriya kompleksi yaradılması barədə
qərar qəbul edilməsinə nail olsa da, sonradan bu
qərar Moskvanın qısqanclığı səbəbindən
yerinə yetirilmədi.
Azərbaycan müstəqillik əldə
etdiyi ilk dövrlərdə
bir sıra ərazilərimizin ermənilər
tərəfindən işğal
olunması, ən cəlbedici turist marşrutlarının müharibə
gedən ərazilərdə
qalması və ümumiyyətlə, ölkəmizdə
müharibə şəraitinin
mövcud olması səbəbindən bu sahəyə lazımi diqqət yetirilmədi. Lakin Azərbaycanda
turizmin inkişaf etdirilməsi vacibliyi sanki özü-özünü
diktə edirdi. Bunun üçün nazirlik yaradılması da məsələnin həllinə
başlamağın vaxtı
çatdığını bildirirdi. Doğrudan da, "Əsrin müqaviləsi" beynəlxalq
neft sazişlərinin
imzalanması, Bakı-Tbilisi-Ceyhan
neft kəmərinin çəkilişinə başlanması,
Böyük İpək
Yolunun bərpası və digər qlobal layihələrin icrasının gerçəkləşməsi,
ən əsası isə Azərbaycanın dünyada nüfuzunun möhkəmlənməsi, xalqımızın
sülhpərvərliyi ölkəmizdə
turizmin inkişafı
üçün əlverişli
mühit yarandığını
göstərirdi. 2003-cü ildən bəri Prezident İlham Əliyevin bu istiqamətdə göstərdiyi
səylər, o cümlədən,
Regionların sosial-iqtisadi
inkişafı Dövlət
Proqramında turizmin inkişaf etdirilməsi üçün konkret vəzifələr müəyyənləşdirilməsi
sahənin qarşısında
geniş imkanlar açdı.
Prezidentin üç
il əvvəl
yerli və xarici sahibkarlara, iş adamlarına dediyi "gəlin nefti unudaq, Azərbaycan
neft və qazı artıq dünya bazarlarına çıxarılmaqdadır, gəlin
başqa sahələrə
investisiya qoyaq. Məsələn, turizm üçün cəlbedici
ölkə hesab edilən Azərbaycanda bu sahənin inkişafına nəyə
görə sərmayə
qoymayasınız" çağırışına
Türkiyənin "Ata-Holdinq"
şirkəti konkret layihə ilə cavab verdi.
Həmin
layihəyə uyğun
olaraq, 2005-ci ilin yayında Bakıda ən yüksək dünya standartları səviyyəsində "Excelsior hotel" tikilib istifadəyə verildi. Xatırladaq ki, hotelin açılışında
Prezident İlham Əliyev çıxış
edərək, xeyir-duasını
verdi, turizm
infrastrukturunun inkişaf
etdirilməsi vacibliyini
bir daha diqqətə çatdırdı.
Bu diqqətin nəticəsidir ki, Şamaxıda, İsmayıllıda,
Lerikdə turistlərə
xidmət etmək üçün mənzərəli
guşələrdə binalar
tikildi, yollar təmir edildi. Hazırda bu işlər Zaqatalada, Gədəbəydə,
Gəncədə, Qubada
davam etdirilir.
Sonrakı illərdə də turizm şəbəkəsinin
genişləndirilməsi Prezidentin
daim diqqətində olmuşdur. O, hər yarım ilin və hər ilin yekunlarına həsr olunmuş yığıncaqlarda çıxış
edərək konkret məsələlər qaldırır,
tapşırıqlar verir.
2006-cı ilin yekunlarına
həsr olunmuş yığmcaqda çıxışında
dövlət başçısı
ölkədə turizmin
inkişaf etdirilməsi
vacibliyini bir daha qeyd edərək
"bütün turizm
infrastrukturunun baş planı hazırlanmalıdır"
tapşırığını verdi. İndiyə qədər görülmüş
işləri fədakarlıq
kimi qiymətləndirən
Prezident, bununla belə, görülmüş
işlərin dünya
səviyyəsindən hələ
uzaq olduğunu diqqətə çatdırdı.
"Biz əgər istəyiriksə ki, Azərbaycanda güclü
turizm şəbəkəsi
yaradılsın, bütün
işlər ən yüksək səviyyədə
görülməlidir. Xarici mütəxəssislər gəlməlidir,
onlar da bu məsələni araşdırmalıdır, texniki-iqtisadi
əsaslandırma hazırlanmalıdır."
Prezidentin turizmlə bağlı qarşıya qoyduğu digər vəzifələr
də aktuallığı
və böyük perspektivi ilə diqqəti cəlb edir. Yay və qış
turizminin inkişaf etdirilməsi, turistlərə
xidmət edəcək
yol-nəqliyyat, enerji,
rabitə məsələlərinin
həlli, yeni hotellər tikilməsi, turizm kadrlarının hazırlanması yubadılmamalıdır.
Yeri gəlmişkən,
qeyd edək ki, Prezident İlham
Əliyev 3 il
əvvəl Qubada olarkən Şahdağın
ətəklərində qış
turizm bazası yaradılması barədə
verdiyi tövsiyələrin
icrasına başlanıb-başlanmadığı
barədə məlumat
yoxdur. Amma düşünürük ki, turizmin inkişafı
üçün Prezidentin
verdiyi bütün tapşırıqlar öz
həllini tapacaq, bu isə ölkədə
sosial-iqtisadi həyatın
daha da canlanmasına,
insanların həyat səviyyəsinin yaxşılaşmasına,
eyni zamanda, Azərbaycanın dünyaya
inteqrasiyasında güclü
amilə çevriləcəkdir.
İki sahil.- 2007.- 1
mart.- S. 2.