Qəbələ mehmanxanası Avropa standartlarına cavab verir

 

Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də “Gilan Holding” Şirkətlər Qrupuna məxsusQəbələmehmanxanası ilə tanış olmuşdur.
Qəbələ şəhərinin mərkəzində yerləşən bu hotel dövlətimizin başçısının bölgələrdə turizmin inkişafına göstərdiyi qayğının bariz nümunəsidir. Dördmərtəbəli mehmanxanada lüks, yarımlüks, standart səviyyəli 58 nömrə var. Avropa mehmanxana standartları Şərq qonaqpərvərliyi buranın müştərilərinə hər cür şəraiti təmin edir. Xidmət heyəti ingilis, rus, alman, türk dillərini bilir. Mehmanxananın trenajoru, konfrans salonu, mühafizə edilən 20 yerlik avtomobil dayanacağı, sauna, masaj, bilyard salonları da qonaqların xidmətindədir. Mərkəzləşdirilmiş istilik sistemi, stasionar generator quraşdırılmışdır. 100 nəfərlik restoranda müxtəlif ziyafətlər təşkil etmək mümkündür.
Qonaqların istirahətinin daha maraqlı olması üçün Qəbələ rayonunun ətraf rayonların gəzməli-görməli yerlərinə səyahətlər təşkil edilir.

Xalq qəzeti.- 2007.- 3 mart.- S. 5.