Mustafaqızı T.
Mədəni irsin qorunması
ilə bağlı beynəlxalq konfrans keçirilib
Tədbirdə Mədəniyyət və
Turizın Nazirliyinin mədəni irs
şöbəsinin müdiri Rizvan Bavramov iştirak edib
Bu yaxınlarda İtaliyanın Florensiya şəhərində beynəlxalq
konfrans keçirilib. Konfransda Mədəniyyət
və Turizm Nazirliyinin mədəni irs
şöbəsinin müdiri
Rizvan Bayramov da iştirak edib. Konfransın keçirilməsində əsas
məqsəd hazırkı
sosial-iqtisadi şəraitdə mədəni irsin qorunması məsələsinin
müzakirəsi, təhlili
olub. ABŞ, İtaliya,
Türkiyə, Rumıniya,
Serbiya, Polşa, Çin, Yaponiya və digər ölkə nümayəndələrinin
iştirak etdiyi
bu konfransda mədəni irsin qorunması yolları
araşdırılıb, təkliflər
dinlənilib. Konfransda Azərbaycanın
memarlıq irsi ilə bağlı
məruzə də xarici ölkə nümayəndolərinin
diqqətini cəlb edib. 5 gün davam edən konfransda mədəni irsimiz və memar rəssam Elturan Avalovun əl işlərini təqdim edən sərgi də nümayiş etdirilib.
Yaddaş.- 2007.- 1 mart.- S. 2.