Nağı C.

 

Turizmin inkişafına görə Ermənistandan geridəyik

 

Əli Əlirzayev: «Bizdə turizm üçün potensial var, amma təhlükəsizlik təminatı xidmət səviyyəsi aşağıdır»

 

Ümumdünya İqtisadi Forumu tərəfindən tərtib edilən turistlər üçün ən cəlbedici ölkələrin reytinq cədvəlində ölkəmiz 75-ci yeri tutur. Siyahıda ilk üçlükdə ardıcıl olaraq İsveçrə, Avstriya   Almaniyadır. Maraqlıdır ki, Cənubi Qafqazdakı qonşularımız bizdən ön yerləri tutublar. Gürcüstan 66-cı, Ermənistan isə 74-cü yerdədir. Onu da qeyd etmək lazımdır ki, Forum cədvəli tərtib edərkən yerli qanunvericilik bazasını, təhlükəsizliyi, səhiyyə sisteminin vəziyyətini, aviasiya nəqliyyatını, informasiya kommunikasiya infrastrukturunun mövcud durumunu, inkişafını, qiymətləri digər amilləri nəzərə alıb.

İqtisadçı alim Əli Əlirzayev bu yanaşmada subyektiv məqamların olduğunu istisna etmir. Ən azı ona görə ki, Ermənistan Gürcüstan da təhlükəsizlik baxımından bizim ölkədən yaxşı vəziyyətdə deyillər, orada da münaqişə ocaqları var.  Onun fikrincə,  Ermənistan Gürcüstan iqtisadi inkişafa ümumi daxili məhsulun səviyyəsinə görə Azərbaycandan çox geridədir: «Amma turizm təkcə iqtisadi cəhətdən varlı olmaqdan ibarət deyil. Ölkəmizdə turizmin potensialı böyükdür. Xəzərin ətrafı, Quba, Xaçmaz, Dəvəçidə turizm üçün yararlı yerlər var. Bununla belə, Azərbaycana gələn turistlər azdır, ölkədən gedənlər isə çox. Burada müxtəlif məqamlar var. Yessentukiyə gedənlər var - müalicə üçün, Məkkəyə digər müqəddəs yerlərə gedənlər var - ziyarət üçün s. Gələnlər ona görə azdır ki, təkcə turizm potensialı yüksək səviyyəli otel infrastrukturu ilə turizm böyük mənada inkişaf edə bilməz. Xidmətin yüksək səviyyəsi təhlükəsizlik təminatı olmalıdır. Təəssüf ki, bu iki məqamda Azərbaycan DTT-nin standartlarına uyğun deyil».

Ekspertə görə, ölkədə turizmin səviyyəsini yüksəltmək üçün dünya bazarında reklamlara ciddi ehtiyac var: «Getmə turizmi ölkədən pul aparır, gəlmə turizmi isə əksinə, əlavə vəsait, qazanc gətirir. Bu, nəzərə alınmalıdır. Digər tərəfdən, bizim əleyhimizə təbliğat aparan qüvvələr Azərbaycan haqqında yalnız neqativ məlumatlar verirlər. Qaçqın şəhərciyini göstərirlər, bilim, ölkəmizdə quş qripinin varlığını dünyaya car çəkir dad edirlər ki, bu ölkəyə qətiyyən getmək olmaz. Həmçinin bizim səhvlərimiz var. Ölkənin görməli yerlərini yox, qaçqınlar yaşayan problemli ərazilərini daha çox təbliğ edirik. Bu problemlər bizimdir, biz bunları həll etməliyik. Amma xaricə ölkənin gözəl yerlərini göstərməliyik. Hər bir nazir öz işini göstərmək məqsədilə müxtəlif qərarlar qəbul edir, bəyanatlar verir. Azərbaycana necə çox turist gələ bilər ki, Fövqəladə Hallar Nazirliyi yay vaxtı çimərliklərdə xəstəliklər olması haqda açıqlama verir?! Bütün bunlar kənara qoyulmalıdır. Əgər belə problem varsa, həll edilməlidir».

Mədəniyyət Turizm Nazirliyinin nümayəndəsi İntiqam Hümbətov turizmin Azərbaycan üçün yeni sahə olduğunu önə çəkir. Onun sözlərinə görə, bu yöndə nazirlik lazımi  tədbirlər həyata keçirir: «İnanıram ki, yaxın gələcəkdə biz bu sahənin inkişafının şahidi olacağıq. Ötən ilin sentyabrında Bakıda İslam ölkələrinin turizm nazirlərinin konfransı keçirildi. Burada bütün dünya turizm təşkilatlarının nümayəndələri iştirak edirdilər. Bütün bunlar onu göstərir ki, bu sahə tezliklə dünya standartlarına cavab verən bir sahə olacaq».

Reklam işinə gəlincə, İ.Hümbətov əksinə, nazirliyin bu yöndə çox işlər gördüyü qənaətindədir. O, son bir ay müddətində bütün dünyada müxtəlif tədbirlərdə Azərbaycanın turizm üçün yararlı olan yerlərinin şəkli olan kitabça bukletlərin paylandığını bildirdi: «SNN kanalında 3 ay Azərbaycanın turizm potensialını göstərən reklam roliklər efirə verildi. Mart ayı başlanandan həmin reklam roliki «Euro-NEWS»-da verilir. Dünyanın məhşur avia-şirkətlərinin təyyarələrində belə roliklər nümayiş etdirilir. Ona görə reklam işinin zəif olması fikri ilə razılaşmaq olmaz».

 

Gündəlik Azərbaycan.- 2007.- 10 mart.- S. 11.