İlham Əliyev: Turizm sahəsi həm regionların inkişafı, həm də ki ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir

 

Dövlətimizin başçısı Azərbaycanda güclü turizm mərkəzı yaradılması ücün bütün imkanları səfərbər etməyin zəruriliyini vurğulayıb

 

Son illər Azərbaycan iqtisadiyyatının digər sahələrində olduğu kimi, turizm sektorunda da inkişaf tendensiyası özünü qabarıq göstərir. Xatırladaq ki, odlar diyarı kimi səciyyələndirilən ölkəmizdə bu sahənin tərəqqisi üçün geniş potensial imkanlar vardır. Təsadüfi deyildir ki, dünyada olan 11 iqlim qurşağından 9-u respublikamızda mövcuddur. O da llidir ki, bir sıra dünya dövlətlərinin iqtisadiyyatında turizm özünəməxsus yer tutur. Belə ki, dövlət büdcəsinin əsas hissəsi bu sahədən gələn gəlir hesabına formalasır.

Ümumiyyətlə, turizm sektoru ölkəmiz üçün bir neçə cəhətdən - iqtisadiyyatın güclənməsi, bölgələrin inkişafı və Azərbaycanın bütün dünyada tanınması baxımından səciyyəvidir. Regionlan sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üç illiyinə həsr olunmuş konfransda da Prezident İlham Əliyev məhz bu məsələyə xüsusi toxunaraq deyib: "Turizm sahəsi həm regionlan inkişafı, həm ki ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir. Bizim çox gözəl təbiətimiz var. Bəlkə nadir ölkələrdən biriyik ki, burada istənilən təbii şərait, istənilən iqlim var".

Qeyd edək ki, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, turizm sektorunda da geniş islahatlar aparılıb. 2001-ci ildə Gənclər, İdman Turizm Nazirliyi fəaliyyətə başladıqdan sonra qısa müddət ərzində turizm sahəsində hüquqi-normativ bazanın yaradılması üçün vacib sənədlər hazırlanıb təsdiq edilib. 2001-ci ildə Azərbaycan Ümumdünya Turizm Təşkilatına üzv qəbul olunub.

2002-ci il avqustun 27-də isə "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiqlənib. Bu proqramın icrası respublikamızda turizm sənayesinin inkişafına güclü təkan verib. Təsadüfi deyil ki, son illər dünyanın müxtəlif şəhərlərindəMoskvada, Berlində, Londonda, İstanbulda s. keçirilən beynəlxalq sərgilərdə Azərbaycan təmsil olunub.

Azərbaycanın turizmin tərəqqisi istiqamətində fəaliyyəti genişlənməkdədir. Ötən il İslam Konfransı Təşkilatına üzv ölkələrin turizm nazirlərinin Bakıda keçirdikləri konfrans xüsusilə yadda qalıb. Həqiqətən bu cür tədbirlər həm Azərbaycanın dünyada tanınmasında, həm respublikamıza turist axınının sürətlə çoxalmasında böyük rol oynayır.

Statistikaya nəzər salsaq, aydın görərik ki, 2006-cı ildə Azərbaycana gələn xarici vətəndaşlardan 900 minə yaxını yalnız turistlər olub. Mütəxəssislərin fikrincə, hər bir turist gün ərzində respublikamızda 600-700 dollar həcmində pul xərcləyir.

Regionlarda təbiətin zənginliyi rəngarəngliyi turizmin müxtəlif növlərinin inkişafına geniş imkanlar yaradır. Məhz regional inkişafa dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdən 30-u turizmə həsr olunub. Proqramın icrası ilə yerindəcə tanış olmaq üçün cənab Prezident bölgələrə müntəzəm səfərlər edir. Bu səfərlər çərçivəsində dövlət başçısı turizmin inkişafı ilə maraqlanır. Bu sahə ilə məşğul olan sahibkarlara tövsiyə tapşırıqlarını verir. Artıq bir sıra rayonlarda infrastrukturun yaradılması istiqamətində müəyyən işlər görülüb. Bu sahədə Quba, Xaçmaz, Qusar, Lənkəran, Qax rayonlarında həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Həmin bölgələrdə yerli əhali artıq kənd turizmi ilə məşğul olaraq ilin bütün mövsümlərində yerli xarici turistlərə yaşayış, yemək, hətta ekskursiya xidmətləri göstərirlər.

Müəyyən irəliləyişlə yanaşı, bu sahədə hələ böyük işlər görmək lazım gəlir. Prezident İlham Əliyev Xaçmaz rayonunda səfərdə olarkən bu barədə demişdir: "Mən Xaçmazda olarkən Nabrana getdim, turizm zonası ilə tanış olduq. Əlbəttə ki, müəyyən işlər görülübdür. Amma açıq deməliyəm ki, bunlar dünya səviyyəsindən hələ çox uzaqdır. Biz əgər istəyiriksə Azərbaycanda güclü turizm mərkəzi yaradılsın, bütün işləri ən yüksək səviyyədə görməliyik".

Onu da nəzərə çatdıraq ki, Azərbaycanda turizmin bütün növlərinin inkişafı üçün ölkə rəhbəri tərəfindən müvafiq qurumlan icra strukturlarının rəhbərlərinə göstərişlər verilmişdir. O cümlədən bu sıraya həm yay turizmi, həm qış turizmi daxildir. Dağ rayonlarında qış turizminin genişləndirilməsi üçün yaxşı şərait var. Məsələn, Qusar rayonunda dağ xizəkçiliyinin inkişafı üçün proqram hazırlanmış, xaricdən mütəxəssislər dəvət olunmuşdur.

Bir məsələni xüsusi vurğulayaq ki, respublikamızın bütün rayonlarındə turizm sektorunun inkişafı ön plana çəkilmişdir. Bu yaxınlarda dövlət başçısı Şamaxı, Qəbələ, Oğuz rayonlarına səfəri zamanı bir daha turizm infrastrukturunun vəziyyəti ilə maraqlanıb. "Qəbələ" mehmanxanası ilə tanışlıqdan sonra cənab İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: "Qəbələdə mehmanxanalar tikilir, buranın çox gözəl təbiəti var. Turizm üçün çox gözəl yerlər var".

Bu gün Azərbaycanda turizmin inkişafı respublikamıza xarici vətəndaşların cəlb edilməsi ilə yanaşı, həm bölgələrdə əmək məşğulluğunun artması, yeni yerlərinin açılması baxımından da sərfəlidir. Bu isə dövlət siyasətinin prioritet məsələlərindən biridir. Onu da xatırladaq ki, hazırda Mədəniyyət Turizm Nazirliyində turizm sektorunun inkişafı ilə bağlı 10 illik dövrü əhatə edən proqram hazırlanır. Təbii ki, bu proqramın icrasına başlandıqdan sonra ölkəmizdə turizmin inkişafı keyfiyyətcə yeni mərhələyə daxil olacaqdır.

 

Respublika.- 2007.- 7 mart.- S. 3.