Ələddinqızı N.
Qadın insanlığı yaşadan
müqəddəs varlıqdır
"Zəriflərin
qüvvəsi" sərgisində
ilk dəfə Qarabağ
müharibəsi Veteran Qadınlar
Birliyinin arxivi nümayiş olundu
Dünən Azərbaycan İstiqlal Muzeyində "Zəriflərin
qüvvəsi (Qadınlar
Qarabağ müharibəsində)"
adlı sərginin açılış mərasimi
keçirildi. Tədbiri giriş sözü
ilə muzeyin direktoru Fərida Şəmsi açaraq Qarabağ müharibəsində
iştirak edən və bu müharibənin
şahidi olan neçə-neçə Azərbaycan
qadınının qəhrəmanlıq
salnaməsindən danışdı.
Müharibə başlanan
bir zamanda Azərbaycan xanımları
kişilərə məxsus
olan mətinliklə qərar qəbul edib, könüllü olaraq, cəbhəyə yola
düşdülər. Onlar müharibənin
sərt qanunlarını
əvvəlcədən dərk
etsələr də, əqlin və qəlbin hökm etdiyi bir yolu
- Qarabağa gedən yolu seçmişdilər.
Fəridə Şəmsi xalqın qəhrəmanlıq tarixinə
həkk olunmuş səhifələrdə belə
mərd, vətənpərvər,
qorxmaz vətən qızlarının olduğunu
vurğulayıb, belə
simalar qarşısında
mənən borclu olduğumuzu bildirdi. Cəbhəçi qadınların toplaşdığı
tədbirdə müharibənin
canlı şahidi olan və ən
ağır dəqiqələrdə
döyüş meydanlarında
əyninə əsgər
paltarı geyinən xanımların iştirakı
və onların çıxışları Qarabağ
torpəqlarının müdafiəsinə
hər zaman hazır bir vəziyyətdə olduqlarını
göstərirdi.
Qarabağ döyüşlərində əzizlərini
itirmiş, eləcə də, fiziki cəhətdən əlil olmuş qadınlar müharibənin
od-alovunu nə qədər dərk etsələr də, yenə də qələbə, mübarizə
əzmi ilə çırpınan qəlbləri
onları düşməndən
intiqama səsləyir.
Tədbirdə Azərbaycan Respublikasının
Milli Qəhrəmanı
Güİtəkin Əsgərovanın
anası Rəfiqə
Əsgərova çıxış
edərək, şəhid
anası kimi qızının vətənə
olan məhəbbətindən
və onun Azərbaycana olan bağlılığından danışdı. O, könüllü
olaraq cəbhəyə
yola düşmüş
vətənpərvər qızının
özünəməxsus dəyərlərindən
vətən, xalq üçün qəlbində
yaşatdığı amallarından
danışıb, onun
bir həkim kimi Qarabağ döyüşlərində yaralıların
onun şəfalı əllərinə ehtiyacları
olduğunu dərk edib, cəbhəyə yollandığını soylədi.
Vətənə, xalqa belə
bir qız böyüdüb, cəbhəyə
yola salan ananın qəlbindəki böyük ağrını,
içindən axan göz yaşını dərk etməmək və o hissləri yaşamamaq mümkün deyil. Rəfiqə xanım vətən
yolunda övlad itirdiyindən məğrur
və qürurlu görünürdü.
"Zəriflərin qüvvəsi (Qadınlar Qarabağ müharibəsində)" sərgisində Qarabağ Müharibəsi Veteran Qadınlar Birliyinin sədri Radə Abbas, "Vətən çağınr" qəzetinin bəş redaktoru Gülsüm Adilqızı, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Asif Şirinov, Azərbaycan Qaçqın və Köçkünlərinin Hüquqlarının Müdafiə Mərkəzinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist Tatyana Caladze, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi qulluqçusu, şairə Zəminə Xınalı və başqaları çıxış edərək, Qarabağ müharibəsindən, onun Azərbaycana gətirdiyi dəhşətlərdən ermənilərin xalqımıza qarşı törətdiyi qanlı faciədən, eləcə də, Vətən övladlarının mübarizələrlə zəngin olan həyat səhifələrindən danışdılar. Yaddaşlarda yaşanan həqiqətlərdə qeyrətli azərbaycanlı qızlarının həqiqətən də, Nigar, Həcər nəslindən olduğunu göz önündə canlandırır. Müharibənin qanlı dəhşətlərindən çıraq işığının olmadığı bir zamanda şamla əməliyyat aparan mərd qızlarımız 120-160 yaralı əsgəri bir gündə qəbul edib, onlara həyat bəxş etmişlər. Namus-qeyrət timsalı olan belə xanımların görüşlərdə iştirakı, silaha sarılması hər bir kəsə örnəkdir. Qadınların belə mübarizliyini, yaşadığı çətin və ağır günlərin şahidi olarkən, ümummilli liderimiz Heydər Əliyevin qadınların ünvanına söylədiyi bu fikirlər yaddaşlarda təkrarlanır: "Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır. Qadın hərəkatı böyük qüvvədir"
Sülh ünvanlı, qələbə soraqlı, zərif, kövrək təbiətli Məleykə Səma müharibə dövründə həkim, cərrah kimi çalışmış, ömrünün ən gözəi çağlarını cəbhədə keçirməklə mənəvi rahatlığını tapmışdır. Müharibədən sonrakı illərdə də bu inadkar xanım əynindən hərbi geyimini çıxarmayaraq, fəaliyyətini davam etdirmişdir. Şairə publisist Məleykə Səmanın anası Sona xanım tədbirdə çıxış edərək, qızının qəhrəmanlığından, göstərdiyi şücaətlərdən, vətənə bağlılığından danışdı. Bu yaxınlarda dünyasını dəyişən Məleykə xanım son günlərində anasına "gəlin olmasam da, ellərə oğul oldum" deməsi Azərbaycan qızının qəlbinin vətənlə döyünməsindən xəbər verir. Bu günə qədər o, "Azərbaycan bayrağı" ilə təltif edilmiş, "Məshəti", "Şam", "Vahid", "Pərvanə" və digər ədəbi məclislərinin üzvü olmuş, eləcə də, "Səngər günəşi", "Qeyrət qaləsı", "Əsgər Tiqana" və digər kitabların müəllifinə çevrilmişdır. Belə insanlar ölümləri ilə ölümsüzlüyü qazanmış vətən övladlarıdır.
"Zəriflərin qüvvəsi
(Qadınlar Qarabağ
müharibəsində)" sərgisində çıxışlar
sona yetdikdən sonra, ilk dəfə
olaraq, Qarabağ müharibəsi Veteran Qadınlar Birliyinin arxivi iştirakçıların
ixtiyarına verildi. Sərgidə Azərbaycan
Respublikasının Milli
Qəhrəmanları Salatın
Əsgərovanın, Gültəkin
Əsgərovanın şəxsi
əşyaları və
sənədləri nümayiş olunurdu. Onların döyüş zamanı istifadə etdikləri əşyalar, sursatlar, şəxsi gündəlikləri,
məişət əşyaları və s. ekpozisiyada
yer alırdı. Adlarını qeyd etdiyimiz xanımlarla yanaşı, Qəhrəmanova
Kəmalənin, Məlikova
Fəridənin, Abdullayeva
Zibeydənin, Məhərrəmli
Zemfiranın və başqa müharibə iştirakçısı
olan veteran qadınların şəxsi
kolleksiyaları İstiqlal
Muzeyində sərgilənirdi.
Qeyd edim ki, sərgi salonunda ilk dəfə
olaraq, rəssam Kamil Ramazanovun "Azərbaycanın mərd qadınları" adlı
triptixi iştirakçıların ixtiyarına verilmişdi.
Səs.- 2007.- 17 mart.- S. 12.