Əliyev Ə.
Martın 7-də Parisdə Fransanın keçmiş prezidenti Jorj Pompidu adına
Mərkəzdə tanınmış
rəssam Altay Sadıqzadənin rəsm əsərlərinin reproduksiyalarından
ibarət kitabın təqdimat mərasimi keçirilmişdir.
Rəssamın müxtəlif
illərdə çəkdiyi
yüzlərlə portret,
peyzaj və abstrakt əsərləri kitabda öz əksini tapmışdır.
Mərkəzin kitab mağazasının direktoru
Oliviye Paskal bildirmişdir ki, burada ilk dəfə
olaraq xarici rəssamın əsərinin
təqdimat mərasimi
keçirilir.
A.Sadıqzadə qeyd etmişdir ki, bu yalnız mənim kitabımın təqdimatı deyil, eyni zamanda Azərbaycan
mədəniyyətinin Fransa
kimi ölkədə təbliği sahəsində
növbəti addımdır.
Kitabda rəngkarlıq
baxımından Şərq
və Qərb rəssamlığının müasir
cizgiləri bir vəhdət halında birləşmişdir.
Fransanın tanınmış
jurnalisti Rene Milon rəssamın yaradıcılığı barədə
fikrini belə izah etmişdir: "Kitabdakı reproduksiyaları
nəzərdən keçirərkən
məndə belə təsəvvür yarandı
ki, bu rəssamın
özünəməxsus seçimi
vardır. Onun yaradıcılığını fərqləndirən əsas
cəhət hər bir ştrixi müxtəlif boyalarla əks etdirməsidir".
Təqdimat mərasimində Fransa Xarici İşlər
Nazirliyinin, Paris Bələdiyyəsinin və
ictimaiyyətin nümayəndələri,
ölkədə akkreditə
olunmuş bir çox ölkələrin
səfirləri, Azərbaycanın
Fransadakı səfiri
Tarik Əliyev, diasporumuzun təmsilçiləri,
burada çalışan
və yaşayan soydaşlarımız iştirak
etmişlər.
Azərbaycan.- 2007.- 10 mart.- S. 7.