İstanbulda Lətafət Məmmədova va tələbələrinin

qrup sərgisi açılıb

 

İstanbuldakı Mətbuat Muzeyinin sərgi salonunda azərbaycanlı rəssam Lətafət Məmmədova tələbələrinin qrup sərgisi açılıb. Sərgi Türkiyənin sənət dairələrinin marağına səbəb olub. Qeyd edək ki, 1954-cü ildə Bakıda tanınmış rəssam Hafiz Məmmədovun ailəsində dünyaya gələn L.Məmmədova Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini İncəsənət Universitetini (Mikayıl Abdullayevin sinfini) bitirib. N.Tusi adına Pedaqoji Universitetdə kafedra müdiri işləyib.

L.Məmmədova sərginin açılış mərasimində bildirib ki, Türkiyəyə 2000-ci ildə rəsmi dəvət əsasında gəlib: "6 il bələdiyyənin sənət mərkəzində dərs deyəndən sonra keçən ilin payızında özümün tədris mərkəzimi yaratmışam. Hazırda 50 tələbəyə dərs deyirəm. Hər il tələbələrimlə bir neçə sərgi açıram, əsərlərim auksioniarda satışa çıxarılır. Bir çox əsərlərim Türkiyənin muzeyləri tərəfindən satın alınıb. Tədris işlərindən yaradıcılıq prosesindən çox razıyam. Məni narahat edən yeganə məsələ torpaqlarımızın işğal altında olmasıdır".

 

Səs.- 2007.- 13 mart.- S. 16.