Nazirn qadın sənətçirə 8 Mart hədiyyəsi

Əbülfəs Qarayev ötən il fəxri adlara

layiq görülmüş qadınlara mükafatla təqdim etdi

 

Dünən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev ölkə prezidentinin Sərəncamı ilə ötən il fəxri adlara layiq görülmüş xanım mədəniyyət və incəsənət xadimlərinə mükafatları təqdim edib.

Tədbirdə çıxış edən nazir bildirib ki, fəxri adların verilməsi dövlət başçısının mədəniyyət işçilərinə göstərdiyi növbəti qayğının nəticəsidir.

Azərbaycan mədəniyyətinin getdikcə inkişaf etdiyini qeyd edojn Qarayev qadınlarımızın bu sahədə əməyinin böyük olduğunu qeyd edib: "Qadınları diqqətdən kənar qoymaq düzgün deyil. Çünki sizlər Azərbaycanın çiçəklənməsinə və kişilərin yaşamasına səbəbkarsınız. Qadınlar olmasa, bizlər məhv olub gedərik. Ona görə də daima yaşayıb yaradın".

Daha sonra nazir Tamilla Şirəliyevaya "Şöhrət" ordeni, Gülbacı İmanova və Ceyran Haşımovaya xalq artisti, Kübra Dadaşova, Firuzə İbadova, Tünzalə Ağayeva, Sahibə Abbasova, Nargilə Qəribova, Yeganə Axundova, Rəşidə Behbudova, Mətanət İskəndərlı, Kəmalə Rəhimli və Gövhər Rzayevaya əməkdar artist, Sima Ağayeva, Səbinə Şıxlinskaya və Solmaz Muradovaya əməkdar rəssam, Afaq Axundova və Elmira Paşayevaya əməkdar müəllim fəxri adlarını təqdim edib.

 

Ekspress.- 2007.- 7 mart.- S. 16.