Qadınlar gününə həsr olunmuş sərgi açıldı

 

Dünən martın 6-da S.Bəhlulzadə adına Sərgi Salonunda qadınlar gürtünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə qadın rəssamların əl işlərindən ibarət 105 müəllifin 190 əsəri nümayiş edildi. Sərgidə Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev, Rəssamlar İttifaqının nümayəndələri tələbələr iştirak edirdi.

Açılışda çıxış edən nazir qeyd etdi ki, əsər müəlliflərinin arasında müxtəlif yaş qrupunda olan rəssamlar var. "Bu gün əsərlərə baxdıqca bir daha eyni qənaətə gələcəksiniz ki, qadın rəngkarlıq sənəti oxşardır bir-birinə sıx bağlıdır. Bu gün Rəssamlıq Akademiyasında başqa yerlərdə çalışan xanım rəssamların sayı olduqca çoxdur. Onlara baxanda hiss olunur ki, Azərbaycan incəsənəti tükənməzdir".

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov da öz növbəsində qeyd etdi ki, bu gün qadınlar hər sahədə birincilik əldə ediblər.

Nümayiş olunan əl işləri arasında suvenirlər (sandıq, xonça, gül səbətləri), bəzək əşyaları, güllər xüsusi marağa səbəb oldu.

 

Kino+.- 2007.- 8 mart.- S. 2.