Rənglərin harmoniyası
Rza və İradə
Avşarların yaradıcılığı
haqqında
Rəssamlıq dünyanın, həyatın
və insanın mahiyyətini rənglərin
diliylə bizə çatdırır. Əsrlərdən
bəri yol gələn, ilahi bir sənət olan rəssamlığın
qarşısında duran
vəzifələr bu
gün daha çoxdur. Hazırda
insanlığın inkişafından
gecə-gündüz danışılsa da, əslində elmi-texniki tərəqqi bəşəriyyəti
mənəvi rifaha çatdırmadı. İndi
az qala insanlığın
sonundan danışırlar.
Amma əslində insanlıq sözün əsil mənasında nə vaxt başlayıb
ki, qurtarsın da? Bəşəriyyəti
həmişə daha çox təəssüf
ki, zahiri görüntü cəlb edib. Amma sənət
mümkün qədər
insanlığın dərdlərindən
danışmağa çalışıb,
müəyyən məqamlarda
buna nail olub. Nə qədər
acı səslənsə
də bəşərin
tarixində gözəl
əsərlər insanilik
zirvəsinə yetmiş
insanların sayından
çoxdur. Buna baxmayaraq sənət bundan sonra da
öz missiyasını
yerinə yetirməlidir.
Hazırda Azərbaycanda imzası tanınan rəssamlardan biri Rza Avşarın yaradıcılığında insan dərdi, qayğısı, gözəlliyinin
ifadəsi açıq-aydın sezilir. Rza Avşar 1949-cu ildə Gəncədə,
hamının tanıdığı
özünəməxsus rollar
yaradıcısı, mərhum
aktyor Muxtar Avşarovun ailəsində
dünyaya gözünü
açıb. Rəssamlığa
meyl onda uşaqlıqdan yaranıb.
Təsadüfi deyil ki, o, bu
sənətə meylini
aqibətdən gəlmə
sayır. Müxtəlif
sərgilərdə iştirak
edib. Əsərləri
ABŞ, Fransa, Almaniya,
İran, Türkiyə,
Avstriya və başqa ölkələrdə
sərgilənib, hazırda
həmin ölkələrdə
şəxsi kolleksiyaları
da bəzəməkdədir.
Azərbaycanda əsərləri
İncəsənət Muzeyində
və Rəsm Qalereyasında saxlanılır.
Rəssamın "Avtoportret"i onun xarakterik
cizgilərini ifadə
edir. Əsərdə
həyata qayğıyla
və narahatlıqla baxan bir obraz
təsvir olunub. Rənglərin harmoniyası
düzgün seçilib.
1974-cü ildə çəkilmiş
"Qız portreti"
rəssamın yaradıcılığının
ilk dövrünün
məhsuludur. Gənc qız fikirlidir: gözləri məchulluğa
baxır. Lakin onun sifətində
bir işıq var: əslində ən kədərli sifətdə işıq var. İnsan kədərin zilində olanda belə onun üçün dünyanın axırı
deyil. Əsas odur ki, insanı
kədəri yeməsin,
onu bədbinləşdirməsin,
dərdindən güc
ala bilsin. Tək-tək fərdlərin dərddən
sarsılmaması sonda
bütöv bir millətin ayaqda qalması demək olur...
Rəssamın əsərlərində
Səttar Bəhlulzadə
üslubu, təsiri hiss olunur. Bəlkə
də bu təsir onun əsərlərində sövq-təbiidir. Səttar Bəhlulzadə impressionizmdən
bəhrələnsə də,
tamam özünəməxsus
idi. Onun xoşbəxtliyi sənətində
milliliyi ölçüyə
çevirməsindədir. Rəssam
nədən çəkirsə-çəksin, oradan nağıl çıxırdı.
Rza Avşarın adi "Hatürmort"unda güldanların düzümündə, meyvələrin
rəng ahəngində
bir nağılçılıq
var. Nağılçılıqda
xəyalın qətiyyən
xülyaçılığa varması yoxdur.
"Şahmatla natürmort"
əsərində qırmızı
və sarı rənglərin vəhdəti
ifadəsini tapıb. Rəssamın erməni vandalizmi mövzusunda çəkdiyi "Ekstremist"
və "Xocalı"
əsərlərində murdar
qonşularımızın başımıza gətirdikləri
vəhşiliklər əks
olunub. Erməni nağılarımızdakı div surətinə oxşar təsvir olunub. Türk qanına həris, qaniçən, vəhşi
erməni obrazını
məhz bu cür təsvir etmək lazımdır.
"İçərişəhər
axşamı"nda sirli, artıq təssüf ki, "bayırşəhərə" dönmüş İçərişəhər
haqqında kədərli
soraq var; sanki yaradıcı rəssam ruhu gecənin zilində yarıişıqlı, yarıilğımlı
şəhərə göydən
baxır. "Abşeron
mənzərəsi"ndə
rənglərin çaları
gözəl bir ahəng yaradıb: səmada mavi rənglə ağ rəng biri-birinə qarışıb.
Uzaqlarda görünən
qırmızı rəngin
bir topası sanki göydə yapışıb qalıb.
Göz önündəki
ev obrazlarından biri qaramtıl sahədən kəskin təzadla seçilir.
"Günəbaxanlar" əsərində
qırmızı rəng
sanki sarı rəngdən çoxdur. Amma bu bolluca
qırmızılıqda Günəş
rəngini tamaşaçı
yenə də duya, görə bilir. "Abşeron bağı" əsərində
sol tərəfdə ev görünür. Səma yarıtutqundur. Lakin əsərdə işıq seli aydınca sezilir.
"Mənzərə"də
müxtəlif rənglərin
vəhdəti var. Rəssam rənglərdən
məharətlə istifadə
edə bilir. "Payız" əsərində
bolluq və fəslin halından gələn təbiətin
kədəri var.
"Qızmar günəş"
əsərində odlu
yay təsvir edilib. "Atamın portreti"ni rəssam atasına həsr edib. Profildən çəkilmiş
portretdə işıq-qaranlıq təzadı aydın görünür.
Sifətin işığı
sanki qaranlığı
yarır. "Gəncəli
Məmməd Yusif oğlunun portreti"ndə təsvir edilmiş yaşlı qocanın sifətində işıq, ümid var.
Rəssamın həyat yoldaşı İradə
Avşarın da yaradıcılığında natürmortlar çoxluq təşkil edir. "Bahar"da oyanan
fəslin işıqlı,
ümidli çöhrəsi
sezilir, görünür.
Yağlı boya ilə çəkilmiş
"Bakı" əsərində
uzaqlardan günəşin
işığı fonunda
Bakı gözəl görünür. "Abşeron
səhəri"ndə
göz önündə
işıq seli var. "Kəndli qadın" əsərində
kəlağayılı qadının
inamlı, dünyaya heyrətli baxışı
var. Rəssamın
"Abşeron" əsəri
mövzu və rəng baxımından daha uğurlu alınıb. Səttar üslubu İradə xanımın bəzi əsərlərində daha
aydın sezilir
Xalq cəbhəsi.- 2007.- 3-5 mart.- S. 15.