Leyla
Fransa
Mədəniyyət Mərkəzinclə sərgi
açıldı
Fevralın 23-də
Bakıdakı Fransa Mədəniyyət Mərkəzində
rəssam Tamara Məmmədovanın "Röya və
xəyallar şəkillərdə" adlı sərgisi
açılmışdır.
Fransanın
Azərbaycandakı səfırliyi və Fransa
Mədəniyyət Mərkəzinin təşkilatçılığı
ilə keçirilən sərgidə təhsil naziri Misir
Mərdanov, Azərbaycan Rəssamlar İttifaqının
katibi, xalq rəssamı Ağəli İbrahimov,
səfırliyin əməkdaşlıq və
mədəniyyət müşaviri Valeri Lö Qalşe Baron,
professor Fuad Məmmədov gənc rəssamı təbrik
edərək sərginin təşkilini Azərbaycan-Fransa
arasında genişlənən mədəniyyət və
dostluq əlaqələrinin bariz nümunəsi kimi
dəyərləndiriblər.
Martın 8-dək davam
edəcək sərgidə T.Məmmədovanın 40-a
yaxın qrafıka əsəri nümayiş etdirilir.
Yaddaş.- 2007.- 1 mart.- S. 7.