Məmmədli M.
Azərbaycan rəssamı Kiprin
tarixini canlandırır
Ədalət Dadaşov Kiprin antik
əsərlər və muzeylər qurumundaki 10 illik
fəaliyyəti dövründə mühüm sənət
uğurlarına imza atıb
Azərbaycan rəssamlarının əsərləri
bir neçə əsrdir ki, dünyanın məşhur
muzeylərinin ekspozisiyalarını
bəzəyir. Qeyd etmək lazımdır ki, çağdaş dövrdə muzey quruculuğu işinin mürəkkəb və çoxşaxəli sənət
növü olduğundan
bu sahədə çalışan rəssamların
sayı çox azdır. Buna baxmayaraq, sənətkarlarımızın
Azərbaycanın sərhədlərindən
uzaqlarda gördüyü
işlərindən və
həyata keçən
uğurlu layihələrindən
söhbət açmağa
dəyər. Şimali
Kiprdə yaşayan həmvətənimiz rəssam
Ədalət Dadaşov
on ildən artıqdır ki, Kiprin Antik
Əsərlər və
Muzeylər qurumunda rəssam vəzifəsində
çalışır. Dünya mədəniyyətinin
beşiklərindən biri
sayılan ölkənin
qədim tarixinin səhnələrini öz
əsərlərində canlandıran
həmyerlimizin təşəbbüsü
ilə, ötən ilin yayında Antik Əsərlər və Muzeylər qurumunun rəhbərliyi Azərbaycan Mədəniyyət
Nazirliyi ilə əməkdaşlıq
çərçivəsində ölkəmizdə rəsmi
səfərdə olmuşlar.
Azərbaycan Rəssamlar
İttifaqının iştirakı
ilə keçirilən
bu layihənin məqsədi Girna qalası adlanan tarixi abidədə yaradılan Vrisi muzeyinin bədii tərtibatı işlərini
azərbaycanlı rəssam
və heykəltəraşlarına
həvalə etmək
idi. Girna qalası Kiprin ən qədim tarixi abidələrindən
biri sayılır. Qalanın inşa edildiyi dövr dəqiq məlum deyil. Onun təxminən
VII əsrdə hərbi
məqsədlərlə tikildiyi
güman edilir. Xronoloji baxımdan qalanın inşası 3 dövrə: Bizans VII-XII əsrlər, Luzinian
1208-1489, Venesian 1489-1570-ə
bölünsə də,
qalanın müasir forması adanın Fransız müstəmləkəsi
olduğu dövrdən
dəyişilməyib. Demək
olar ki, bütün tarixi kataklizmlərın şahidi
olan Girna qalası Kipr tarixinin bir güzgüsüdür.
Qala-muzeyin ən maraqlı
bölmələrindən biri
"Batık gəmi"
adlanan bölüm, bizim dövrə gəlib çatmış
və dünya muzeylərində qorunub saxlanılan ən qədim gəmilərdən
birinə həsr olunub. İftixar hissi ilə qeyd etmək istərdik ki, bu muzeyin layihəsi
də də həmvətənimiz Ə. Dadaşova
məxsusdur. Ötən
ilin dekabrında reallaşan növbəti muzey layihəsi isə yuxarıda söhbət açdığımız
Kiprin qədim dövr tarixinə, daha dəqiq desək burada 4 min il əvvəl
yaşamış qədim
insanların həyat və məşğuliyyətinin
işıqlandırılmasına
həsr olunmuşdur. Bölgədə ilk insan yaşayışı
eramızdan əvvəl
4000-3000 neolit dövrü
zamanı mövcud olmuşdur. Kiprin qədim sakinlərinin ilk yaşayış məskəni Vrisi adlanan bir yerə
aid edilir. Vrisidə mövcud olmuş insan yaşayışı yerlərinin
tarixini aid edən maddi mədəniyyət nümunələri
1970-ci illərdə alman
tədqiqatçı-alimi
Peltenburq başçılığı
altında həyata keçirilmiş arxeoloji qazıntılar nəticəsində
aşkarlanmışdır. Tapılmış əşyaların
əsasında Azərbaycan
rəssamları və
heykəltəraşları Vrisidə məskunlaşmış
qədim insanların yaşayış yerlərini,
onların məişət
həyatını, məşğuliyyətlərini
təsvir edən səhnələr yaratmışlar.
Həmvətənlərimizin düzənlədiyi bu muzeyin ekspozisiyasının
özünəməxsusluğu ondan ibarətdir ki, bütün görüntülər böyük
ustalıqla real ölçüdə qurulmuşdur.
Azərbaycanın Qobustan
bölgəsini xatırladan
bu muzeyin görüntüləri Kiprin
Qobustan əhəmiyyətli
tarixi yaddaşını
əks etdirir. Muzeyin açılışında iştirak
edən Kiprin Antik Əsərlər və Muzeylər qurumunun rəhbərliyi, həmçinin ölkənin
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin rəsmiləri
muzeyin yenidənqurma işində azərbaycanlı
rəssam və heykəltəraş heyətinin
əməyini yüksək
qiymətləndirib, onlara
bu şərəfli işlərində gələcək
uğurlar diləyiblər.
Biz də öz növbəmizdə
Kiprdə çalışan
həmyerlimizə uğurlar
və yaradıcılığında
daha böyük nailiyyətlər arzulayırıq.
525-ci qəzet.- 2007.- 15
mart.- S. 7.