Nəzakət
Cexiyada Azərbaycan rəssamlarının
əsərləri sərgilənib
Xocalı faciəsinin dəhşətlərini əks
etdirən sərqi iki av davam
etdiriləcək
Belə ki, Çexiya xalqı vaxtilə faciəni yaşamış
almanların onlara qarşı törətdiyi
amansız qətlin nəticəsi olaraq, saysız-hesabsız insanlar
vəhşicəsinə həlak
olmuşlar. Liditsa şəhərində sərginin təşkil olunması da məhz bu səbəbdən
yaranmışdır. Faciə Liditsa şəhərində
baş vermişdir.
Çexiyada Azərbaycan
rəssamlıq məktəbinin
görkəmli nümayəndələrindən
olan 26 professional rəssamın
31 rəngkarlıq və
qrafika əsərləri,
eləcə də, azyaşlı uşaqların
40-a qədər Xocalı
faciəsini əks etdirən nümunələri
nümayiş olunmuşdur.
İki ay davam edəcək sərgi Çexiyanın müxtəlif
rəsm salonlarında
nümayiş olunacaq,
ermənilərin azərbaycanlılara
qarşı olan qəsbkarlıq siyasəti
məhz sənət nümunələri əsasında
tərcüməyə ehtiyac
olmadan belə sənətsevərlərə təqdim
ediləcək. Fərhad Xəlilovun
məlumatına əsasən,
sərginin birinci günü mətbuat konfransı təşkil olunmuş, Azərbaycanda baş verən ictimai-siyasi proseslər ətrafında müzakirələr
aparılmışdır. Azərbaycanla bağlı olan
həqiqətlər Çexiya
xalqına çatdırılmış,
onlara fevralın
25-dən 26-na keçən gecədə 7 min əhalisi
olan Xocalı sakinlərinə qarşı
yönəldilən təcavüzkar
niyyətlərə işıq
salınmışdır. Günahsız insanların qətlə
yetirilməsi bəşər
tarixinin ən dəhşətli hadisəsi
kimi Çexiya xalqına çatdırılmışdır.
Həmin
gunün səhəri
Çexiyada çap olunan mətbuatda, eləcə də, onların televiziya verilişlərində bu hadisə ilə bağlı geniş məlumat verilmişdir.
Ənvər Qarayev onu da
bildirdi ki, bu sərgidə əsərləri nümayiş
etdirilən Rəssamlar
ittifaqı tərəfindən
təşkil olunmuş
müsabiqəyə əsərlərini
bir müddət əvvəl təqdim etmiş, seçilən və qalib elan
edilən sənət
nümunələri Çexiyanın
sərgi salonunda sərgilənmişdir.
Səs.- 2007.- 2 mart.- S. 12.