Nizamiqızı H.
İncilər
içində inci
Dahi holland rəssamı
Van Qoq məşhur sənət sahibinə yüksək
qiymət vermək istədikdə, onu qadınla
müqayisə etmişdir: «O, əsil qadın kimi
yaşamış, yaratmış, qadın kimi
sevib-sevilmiş, iztirablar çəkmişdir!..» İncəsənət
tarixinə təzadlı insan və sənətkar kimi
düşmüş dahi rəssamın bu fikirlərini
əsas götürərək deyə bilərik ki, əsl
sənəti məhz şəxsiyyət yarada bilər.
Bütün bəşəri duyğuları,
yaşantıları qadınla bağlayıb, qadınla
rəngləndirən sadə, lakin dərin məzmunlu fikrin təsirilə
bu uca məxluqun yaranışına da, yaratdıqlarına da
heyran qalırsan. Bu mənada tanınan qadına
ərməğan etdiyi analıq missiyası
insanlığın şah peşəsidir. Yaradanın ən kamil əsəri
- insan, insanlığın zirvəsi - yaradan Ana...
Bütün bu məziyyətlərin fonunda zərif, incə,
kövrək, həm də böyük, güclü,
əzmkar, mübariz bir varlıq dayanır - Qadın. Yaşantılarını,
arzularını, hiss və həyəcanlarını yaradaraq
yaşada bilən qadın. Bu mənada
yaradıcı qadınlar daha şanslıdır,
məncə. Çünki
hisslərində azad olmaqla daxili dünyasını ilhamıyla
qanadlandırıb, həyata vəsiqə qazandırır
yaradıcı qadın. Sözlə
ifadə edilə bilməyən mətləblərdən
fırçanın, kətanın, boyanın, tuncun,
mərmərin, tişənin... dirijorluğu ilə
əsər yaradır. Yaradılan
insanın yaratdığı əsəri. Qeyri-adi məxluq
kimi xarakterizə olunan qadınların sırasına
bütün yüksək keyfiyyətləri ilə seçilən,
Qərbin mənən zəncirlənmiş hesab etdiyi
Şərq, Azərbaycan qadını ana, qız, bacı,
həyat yoldaşı kimi müqəddəs missiyanın
daşıyıcısı olmaqla bərabər, həm də
xalqı, milləti üçün böyük işlər
görmüş insandır. Şairdir, musiqiçidir,
rəssamdır, heykəltəraşdır... Böyük
təəssübkeşliklə vətənini, millətini
sevdiyini göstərən qadınlarımız arasında
incəsənətin rəssamlıq qolunda ad qazanmış
xanımlarımızın sayı kifayət qədərdir.
Bu gün dünyanın məşhur sərgi
salonlarında, kolleksiyalarda nümayiş olunan
rəsmlərdə, bir insan taleyinin salnaməsini yaşadan
əsərlərdə Azərbaycan qadınının
zərif əlləri, böyük sevgisi varsa, deməli,
söz deməyə dəyər. «...İnsanları
sevmək lazımdır, əks halda rəsmlər quru və
soyuq alınır» ideyası ilə yaşayıb-yaratmaq
rəssamın əsl amalına çevrilə bilirsə, o,
əsl sənətkardır! Rəssam üçün
yəqin ki, bundan böyük xoşbəxtlik ola
bilməz. Anlamaq, anlada bilmək və
anlaşılmaq. Həyatı bütün
gözəllikləri, çirkinlikləri ilə öz
rəngində yaradan Əməkdar incəsənət xadimi,
Beynəlxalq Rəssamlar Federasiyasınm üzvü rəssam
Sara xanım Manafovanın bütün
əsərlərində bu amil ana xətt təşkil edir.
Çəkdiyi hər bir rəsmi ilk öncə
varlığa çevirərək sevən, sevilən, ona
xoşbəxtlik və «bədbəxtlik» bəxş edən,
hətta öldürə bilən Sara xanımın
rəsmlərindəki kövrək, təvazökar,
güclü qadın xarakterləri daim mübarizə
aparmaqdadır. Həm özü, daxili aləmi,
hissləri, həm də onu rəssamlar çəkdiyi rəsmlərin
qəlizliyi ilə fəxr edirlər. Zənnimcə,
bu, doğru fikir deyil. Mənimçün ən
önəmlisi tamaşaçının əllərimlə
təmas qura bilməsi, fikrimi aydın qavraya bilməsidir»,- deyən rəssam bütün
əsərlərində bu ideyanı əsas
götürüb. Çünki mövcud nə
varsa insanlar üçündür, onların mənəvi
dünyasının zənginləşməsi,
formalaşması üçündür. Bu
gözəl dünyada isə sevə-sevə yaşamağa,
yaratmağa və yaşatmağa dəyər. Heç
zaman yaradıcılıq əzmin, sevgin, zərifliyin
itməsin - böyük dünyanın böyük
Azərbaycanın böyük qadını! Yaşa,
yarat və yaşat. Sən buna layiqsən! əhatə
edən bütün pisliklərin, gözəlliklərin
istehkamı olan həyatla. Fərd kimi bunu anlamaq
çətin olsa da, rəssam kimi, ən əsası qadın
kimi bu mübarizlik başadüşüləndir. Çünki o bir qadın, bir rəssam olaraq
həyatın, sevməyin nə demək olduğunu bilir və
bildiyini olduğu kimi yaratmağa çalışır.
Yaşantılarını rənglərə
çevirməklə çəkən rəssam
həmişə əbədi mövzulara müraciət edir
və dövrüylə səsləşən
əsərlər yaradır. Hisslərinə,
böyük sevgisinə boyanı, fırçanı,
kətanı şahid edən rəssam bütün həqiqətləri
çılpaqlığı ilə bu hisslərin böyüklüyünə
şübhə edənlərin
inkarçılığına çırpır. Bu məfhumların harmoniyasından yaranan təbii,
gözəl, içdən gələn əsərlər
yaradan Sara xanımın rəsmləri dünyanın ən
böyük, məşhur sərgi salonlarını
bəzəyib, bəzəyir, bəzəyəcək. Çünki ruhunda böyük sevgi, eşq yaşadan
bu xanım, sevgisini əbədiləşdirməkdən
heç zaman bezməyəcəyi qənaətindədir.
Axı o bizim çətin anladığımız,
bəlkə də anlamaq istəmədiyimiz gözəllikləri
yaradır!
Mədəniyyət.- 2007.- 8 mart.- S. 3.