Parisdə
azərbaycanlı
rəssamın kitabının təqdimatı keçirilmişdir
Martın 7-də Parisdə
Fransanın keçmiş prezidenti Jorj Pompidu adına
Mərkəzdə tanınmış rəssam Altay Sadıqzadənin
rəsm əsərlərinin reproduksiyalarından ibarət kitabın
təqdimat mərasimi keçirilmişdir. Rəssamın
müxtəlif illərdə çəkdiyi
yüzlərlə portret, peyzaj və abstrakt
əsərləri kitabda öz əksini tapmışdır.
Mərkəzin kitab mağazasının direktoru Oliviye Paskal
bildirmişdir ki, burada ilk dəfə olaraq xarici
rəssamın əsərinin təqdimat mərasimi keçirilir.
A.Sadıqzadə qeyd etmişdir ki, bu yainız mənim
kitabın təqdimatı deyil, eyni zamanda Azərbaycan
mədəniyyətinin Fransa kimi ölkədə
təbliği sahəsində növbəti addımdır.
Kitabda rəngkarlıq baxımından Şərq və
Qərb rəssamlığının müasir cizgiləri bir
vəhdət halında birləşmişdir. Fransanın
tanınmış jurnalisti Rene Milon rəssamın yaradıcılığı
barədə fikrini belə izah etmişdir: "Kitabdakı
reproduksiyaları nəzərdən keçirərkən
məndə belə təsəvvür yarandı ki, bu
rəssamın özünəməxsus seçimi vardır. Onun
yaradıcılığını fərqləndirən
əsas cəhət hər bir ştrixi müxtəlif boyalarla
əks etdirməsidir". Təqdimat mərasimində Fransa
Xarici İşlər Nazirliyinin, Paris Bələdiyyəsinin
və ictimaiyyətin nümayəndələri,
ölkədə-akkreditə olunmuş bir çox
ölkələrin səfirləri, Azərbaycanın
Fransadakı səfiri Tarik Əliyev, diasporumuzun
təmsilçiləri, burada çalışan və
yaşayan soydaşlarımız iştirak etmişlər.
İki sahil.- 2007.- 10 mart.- S. 8.