Rzalı R.

 

Bayram rəssamların gözü ilə

 

Səttar Bəhlulzadə adına Sərgi Salonunun divarları qədim bayramımızı - Novruzu ifadə edən rəssamlıq əsərləri ilə bəzədilmişdi. Mədəniyyət Turizm Nazirliyi ilə Rəssamlar İttifaqının birgə təşkil etdikləri bayram tədbiri "Novruz-2007" adlanırdı. Tədbirdə çıxış edən mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov bildirdilər ki, bu sərgi xalqımızın qədim bayramı Novruzun gəlişinə Azərbaycan rəssamlarının hədiyyəsidir. Müxtəlif rəssamların əsərlərində yazın gəlişi, çərşənbələrin qeyd olunması, qulaq falı, papaqatdı, torpağın oyanışı fırçaların dili ilə təsvir olunur.
Bayram mərasiminə ölkəmizdə fəaliyyət göstərən bir neçə ölkənin səfirliklərinin nümayəndəliklərinin əməkdaşları da qatılmışdı. Sərgidə ən çox maraq doğuran əsərlərdən biri rəssam Arif Məmmədovun yağlı boya ilə çəkdiyi "Şah İsmayıl Xətai incəsənət xadimlərinin əhatəsində" əsəridir. Müəllif lövhəyə maraqla baxan xarici vətəndaşların suallarına cavab verir, əsəri izah edirdi: "Şah İsmayıl Xətai incəsənət xadimlərinin əhatəsində Miskin Abdala fərman verir. Aşiq Qurbani ilə Hüseyn lələ sağ yanında əyləşib. İtalyan rəssamı şahın portretini işləyir. Sultan Məhəmməd isə ayaq üstə dayanıb. Yeri gəlmişkən qeyd edək ki, vaxtilə işlənmiş həmin əsər hazırda İtaliyanın Florensiya muzeyində saxlanılır. Arxada isə döyüşə hazırlıq səhnəsi təsvir olunub".
Azərbaycan Rəssamlar İttifaqının üzvü Arif Məmmədov 1977-83-cü illərdə Leninqradda Repin adına Rəssamlıq İnstitutunu bitirib. Onun əsərləri hər zaman sərgilərə çıxarılıb, dünyanın bir çox ölkələrində nümayiş olunub. Diplom işi olan "Xatirələr" əsəri uzun illərdir ki, Avropa Asiya ölkələrində sərgilənir. Arif müəllim əlinə fırça alıb rənglər dünyasına daxil olduğu vaxtdan daha çox tarixi mövzular üzərində işləyir: "Hər hansı bir mövzuya müraciət etməzdən əvvəl tarixçi alimlərə, etnoqraflara müraciət edir, onları emalatxanama dəvət edirəm. Onlar mənə kömək edir, istiqamət verirlər. Dəfələrlə tarixçi alim, Milli Məclisin deputatı Yaqub Mahmudov, tarixçi alim Anar İskəndərov başqa mütəxəssislər emalatxanamda olublar. Saatlarla söhbət etmişik. Cavad xanın 1804-cü ildə rus ordusuna qarşı döyüş səhnəsi əsərim bu qəbildəndir".
1920-ci ildə Gəncədəki Ozan məscidində ermənilər 500-ə qədər insanı - qocanı, arvad-uşağı diri-diri yandırmışdı. Müəllifin bu faciəyə həsr etdiyi əsər olduqca maraq doğurmuş, xarici ölk
ə rəssamlarının insanlarının diqqətini cəlb etmişdi. Əsrlərdir millətimizin başına bəlalar gətirən erməni qaniçənlərinin əməlləri həm tarixçilərin, etnoqrafların, musiqiçələrin, şairlərin, yazıçıların, həm rəssamların ağrılı mövzuları olub. Arif Məmmədov deyir ki, ermənilər Azərbaycanda təkcə bizləri qırmayıb, burada yaşayan başqa xalqlara da amansızcasına divan tutublar: "1918-ci ildə Qubanın yəhudilər yaşayan Qırmızı Qəsəbə deyilən ərazisində erməni daşnakları başçıları Amazasın rəhbəriyi ilə üç minə qədər yəhudini amansızcasına qırıblar. Əsərlərimdən biri Leninin Şaumyana "məsləhətidir". 1917-ci ildə Lenin Azərbaycanın xəritəsini qarşısına qoyaraq Şaumyana mandat verir ki, Azərbaycanı işğal elə. Bu faktları da tarixçi alimlərlə bir yerdə məsləhətləşdikdən sonra çəkmişəm.
Hazırda böyük abidəmiz olan Dədə Qorqudun obrazını yaradıram. Bundan başqa Dədə-Qorqud boylarından olan Dirsə xanı da işləyirəm. Gələcək rəsm planlarımın da əksəriyyəti tarixi mövzuları əks edir.

Azərbaycan.- 2007.- 20 mart.- S. 11.