Turanə
Çin
uşaqların gözü
ilə...
Mərkəzi
Sərgi salonunda Mədəniyyət və
Turizm Nazirliyi və Çinin ölkəmizdəki səfirliyinin
təşkilatçılığı ilə rəsm sərgisi keçirilib
Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi salonunda “Çin uşaqların gözü ilə” rəsm sərgisi keçirilib. Mədəniyyət və Turizm
Nazirliyi və Çin Xalq Respublikasının ölkəmizdəki
səfirliyinin birgə
təşkilatçılığı ilə baş tutan dünənki sərgidə respublikanın
müxtəlif rəssamlıq
məktəbinin 100-ə
yaxın tələbəsi
iştirak edirdi.
Tədbirdə giriş
sözü ilə çıxış edən
mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva sərginin
mahiyyətindən söhbət
açıb. O, bildirib
ki, əsas məqsəd gənc nəsli dünya xalqlarının mədəniyyəti
ilə yaxından tanış etməkdən
ibarətdir. S.Məmmədəliyeva onu da əlavə edib ki, nazirlik
bu yöndə bir sıra layihələr
həyata keçirməyi
də planlaşdırır.
Çin mədəniyyətinin
dünya xalqları mədəniyyətinin ən
qədim nümunələrindən
olduğunu söyləyən
nazir müavini bu səbəbdən
də ilk olaraq onlara üz
tutduqlarını deyib.
Çin Xalq Respublikasının ölkəmizdəki
səfiri Can Siyun isə sərgidən məmnun qaldığını bildirib.
“Bu ölkənin övladlarının nə
dərəcədə bacarıqlı
və istedadlı olduğu barədə məlumatım var idi. Azərbaycan məktəbliləri bunun
əyani subutu oldular. Sərgidə nümayiş olunan əsərlərin gözəlliyi
və canlılığı
insanları heyrətləndirərək,
ilham verir. Onların baxışları
müxtəlif olduğundan
hər biri Çini bir başqa gözəlliklə
təsvir edib. Tablolarda Çin xalqına olan sevgi, dostluq
münasibətləri əks
olunub. İki ölkə arasındakı
dostluq münasibətlərindən,
İpək yolunun tarixindən söhbət açan səfir gələcəkdə də
bu münasibətlərin
qorunub saxlanılacağını
vurğulayıb.
Mərkəzi Sərgi Salonu və Mədəniyyət və
Turizm Nazirliyi adından səfirə qədim mədəni abidələrimizdən olan
Şirvanşahlar Sarayının
əksi həkk olunmuş tablo hədiyyə olunub. Sonra səfirlik tərəfindən həvəsləndirici
mükafat sahiblərinə
MP3 pleyer, üçüncü
yer DVD pleyer, ikinci yer sahiblərinə
isə rəqəmli fotoaparat və diplomlar verilib. Sərginin qalibinə isə kompyuter hədiyyə olunub.
Yeni Azərbaycan.- 2007.- 28 mart.- S. 8.