Azərbaycan xalça sənətinin şöhrətini dünyaya yayan "Azər-ilməMMC Avropa Biznes Assambleyasının "Kraliça Viktoriya adına mükafat"ına layiq görülmüşdür

 

"Azər-ilmə" Məhdud Məsuliyyətli Cəmiyyətinə Böyük Britaniyadan xoş xəbər gəlmişdir. Mərkəzi qərargahı Oksfordda yerləşən Avropa Biznes Assambleyası ən yüksək "Kraliça Viktoriya adına mükafat"ını keyfiyyətli məhsul istehsalı ilə Avropa bazarlarında layiqli yer tutan, Avropa iqtisadi əməkdaşlığına səylə inteqrasiya edən, Azərbaycan xalçasının tarixi şöhrətini böyük uğurla yaşadan "Azər-ilmə" MMC- verilməsi barədə qərar qəbul etmişdir. Martın 18-21- mükafatı almaq üçün müəssisənin nümayəndəsi bu ölkəyə dəvət edilmişdir.
MMC-nin baş direktoru, xalça sənətinin tanınmış bilicisi taciri Vidadi Muradov bildirmişdir ki, bu uğurun qazanılması Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə sahibkarlığın inkişafı üçün hər cür şərait yaratmasının, özəl sektorun inkişafına diqqət qayğısının, dünya bazarlarına keyfiyyətli, daha çox milli məhsul çıxarılması barədə tövsiyələrinin nəticəsidir.
Sahibkar qeyd etmişdir ki, "Azər-ilmə" şirkəti fəaliyyətə 1996- ildə başlayıb. Nadir xalı kompozisiyalarının dirçəldilməsi ilə yanaşı, şirkət bədii ənənələrin inkişafı, xalça istehsalı ixracı sahəsində böyük aparır.
"Azər-ilmə"nin yun ipəkdən istehsal olunan, işləmələrin incəliyi, ilmələrin yüksək sıxlığı, tərtibatın orijinallığı, milli koloriti ilə seçilən xalçaları bütün beynəlxalq standartlara cavab verir.
Bakının qədim zamanlardan xalçaçılığın mərkəzi kimi tanınan Nardaran, Binə, Hökməli, Lökbatan qəsəbələrində, həmçinin Kürdəmir Lerik rayonlarında şirkətin toxuculuq emalatxanaları yerləşir.
"Azər-ilmə" şirkətində 350 nəfər çalışır. Onların sırasında rəssamlar, sənətşünaslar, toxucular digər mütəxəssislər vardır. Şirkətin mütəxəssisləri unudulmuş xalça kompozisiyalarından istifadə etməklə yüksək keyfiyyətli xalçalar hazırlayır, nümunələri dünyanın bir çox muzeylərini şəxsi kolleksiyalarını bəzəyən Azərbaycan xalçaçılığının ənənələrini dirçəltmək üçün böyük səy göstərir. İpləri boyamaq üçün ancaq təbii boyalardan istifadə edilir, eskizlər yalnız milli naxış çeşnilərdən götürülür. İşlədilən bütün xammal yerli məhsullardır.
"Azər-ilmə" şirkətinin məqsədi Azərbaycan xalçaçılıq sənətinin ənənələrini yaşatmaq inkişaf etdirməkdir. Şirkətin mütəxəssisləri tərəfindən bugünə qədər minədək xalça eskizi işlənmişdir.
MMC-nin nəzdində Azərbaycan Xalça Qalereyası həmçinin açıq səma altında Xalça Muzeyi yaradılmışdır.
"Azər-ilmə" markası ilə Azərbaycan xalçaları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya, Rusiyada keçirilən satış sərgilərində xüsusi mükafat sertifikatlara layiq görülmüş, milli xalçaçılıq ənənələrinin davam etdirilməsi üzrə aparılan işlərin yüksək səviyyəsi ilə həm ölkəmizdə həm xaricdə böyük nüfuz qazanmışdır.

 

Azərbaycan.- 2007.- 14 mart.- S. 7.