Azərbaycanın xalçaçılıq sənəti Türkiyə Baş nazirinin xamında zəngin təəssürat yaratmışdır

 

Azərbaycan Prezidentinin xanımı, YUNESKO-nun İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan martın 9-da "Azər-İlmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Azərbaycan xalçaşı qalereyası"nda olmuşlar. Hörmətli qonaqla burada səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.

Məlumat verildi ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar vermiş, Şirvan, Təbriz, Qarabağ, Qazax, Gəncə, Quba xalçalarının Böyük ipək yolu üstündəki bütün ölkələrdə məşhur olduğunu bildirmişlər. Azərbaycanın xalı xalçaları indi dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 350 nəfərin çalışdığı bu müəssisənin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya, Rusiyada keçirilən satış sərgilərində xüsusi mükafat sertifikatlara layiq görülmüşdür. İpləri boyamaq üçün ancaq təbii rənglərdən istifadə edilir, eskizlər yalnız milli naxış çeşnilərdən götürülür. İşlədilən bütün xammal yerli məhsullardır. Hörmətli xanımlar qalereyanın zəngin eksponatlarına baxdılar, boyama, toxuma prosesini maraqla izlədilər, xalçaçı qızlarla səmimi söhbət etdilər. Əminə xanım qızı Sümeyyə onların köməyi ilə, özlərinin dediyi kimi, ömürlərində ilk dəfə olaraq bir neçə ilmə vurdular. Mehriban xanım isə böyüklərdən bu sənətin sirlərini səylə öyrənən 6 yaşlı Həlimə ilə söhbət etdi, xalçaçı qızların güzəranı, maddi-məişət şəraiti ilə bağlı suallar verdi.

Onların əməyinə, sənətinə belə yüksək qiymət verən Mehriban Əliyeva Əminə Ərdoğanın qayğıkeşliyi, səmimiyyəti xalçaçı qızlarda xoş ovqat yaratdı. Azərbaycanın birinci xanımı Türkiyə hökuməti başçısının xanımı xalçaçı qızlara işlərində uğurlar arzuladılar.

Əminə xanım Ərdoğan Azərbaycan xalçalarının gözəlliyindən, ölkəmizdə bu qədim el sənətinin belə məhəbbətlə yaşadılmasından məmnun qaldığını, bu xalça muzeyindən zəngin, unudulmaz təəssürat aldığını bildirdi.

Hörmətli qonağa xatirə olaraq hədiyyə verildi.

 

Azərbaycan.- 2007.- 10 mart.- S. 6.