Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Düvlət Muzeyinə yeni bina tikiləcək

 

Prezident İlham Əliyev muzey işinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb

 

Prezident İlham Əliyev Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb. Sərəncamda Mədəniyyət Turizm Nazirliyinə Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Düvlət Muzeyinin yeni binasının tikilməsi üçün Bakı şəhərində müvafiq sahənin ayrılması tikinti-quraşdırma işlərinin aparılması ilə bağ təkliflərini bir ay müddətində, yerli icra hakimiyyəti orqanları ilə birlikdə isə Azərbaycanın regionlarında fəaliyyət güstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı hazırlayıb üç ay müddətində Prezidentə təqdim etmək tapşırılıb. Mədəniyyət Turizm Nazirliyinə o da tapşırılır ki, Muzey Mərkəzinin təmiri yenidən qurulması ilə bağlı təkliflərini iki ay müddətində, Azərbaycan Düvlət İncəsənət Muzeyinin əsaslı təmirindən sonra həmin muzeydə, Azərbaycan Rəssamlar İttifaqının rəyi nəzərə alınmaqla, yeni ekspozisiyaların yaradılması ilə bağlı təkliflərini 2007-ci ilin sentyabr ayına qədər Azərbaycan prezidentinə təqdim etsin, Azərbaycanda muzeylərin fəaliyyətinin muzey işinin müasir prinsipləri əsasında dünya standartlarına müvafiq olaraq yenidən qurulmasını muzey ekspozisiyalarının azərbaycançılıq məfkurəsinə uyğunlaşdırılmasını təmin etsin.

 

Səs.- 2007.- 7 mart.- S. 2.