Hyustonda Azərbaycan xalçaçılıq sənətinə dair sərgi keçirilib

 

Hyustonda (Texas ştatı) Azərbaycan xalçaçılıq sənətinə dair sərgi keçirilib. Hyuston Azərbaycanlıları Cəmiyyətinin təşkil etdiyi tədbirdə ABŞ- 20 ilə yaxın Azərbaycanın xalçaçılıq sənətini təbliğ edən Əli Muğamlarının əsərləri nümayiş olunub. APA-nın ABŞ bürosunun məlumatına görə, əslən Ərdəbildən olan Əli Muğanlı Şirvan, Şəki, İrəvan, Qarabağ, Təbriz Ərdəbil xalçalarını şəxsən toxuduğu əsərləri yerli auditoriyaya təqdim edib. Nümayiş olunan eksponatlar arasında üzərində ABŞ prezidentlərinin, 5 ABŞ dolların Azərbaycanın dörd fəslinə dair xalçalar xüsusi märaq doğurub. Əli Muğamı Azərbaycan xalqının 600 yaşı olan qədim xalçalarının Los-Anceles şəhərində xalçaçılıq muzeyində "Qafqaz", bəzi hallarda isə Ermənistan əsərləri kimi təqdirn edilməsi faktlarına toxunaraq, həmin dövrlərdə Qafqazda ümumiyyətlə erraənilərin olrnadığını vurğulayıb. Toplantının sonunda Hyuston Azərbaycanlıları Cəmiyyətinin vitse-prezidenti Yusif Babanlı yerli auditoriyaya Yuxarı Aşağı Qärabağda, Zəngəzur, Göyçə mahalında yüz illərlə geniş vüsət almış Azərbaycan toxuculuq ənənələrı ermənilərin bizim bu sərvətimizi mənimsəmək cəhdlərindən danışıb.

 

Xalq cəbhəsi.- 2007.- 16 mart.- S. 15.