Xalça
Muzeyinin layihəsi Avstriyada hazırlanıb
Bakıda
yeni Xalça Muzeyinin tikilməsi üçün layihə
hazırlanıb. Bu barədə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir deyib ki,
muzeyin layihəsi Avstriyada hazırlanaraq Azərbaycana göndərilib.
Yaxın aylarda Xalça Muzeyinin tikintisinə başlanılacaq.
Ə. Qarayev onu da bildirib ki,
İçərişəhərin idarə olunma baş layihəsi hazırlanıb. Yaxın vaxtlarda layihənin təqdimetmə mərasiminin
keçirilməsi nəzərdə
tutulub.
Yeni
Azərbaycan.- 2007.- 15 mart.- S. 8.