Çay daşlarının möcüzəsi
Azərbaycan
incəsənətinin zəngin soraqlarının olması
ölkəmizdən kənarda da etiraf edilməkdədir. Tarixən rəssamlıqda, musiqidə,
ədəbiyyatda, xalçaçılıqda
və başqa sahələrdə soydaşlarımız
gözəl nümunələr
yaradıblar. Ötən
yüzilliyin ortalarından
etibarən elmi-texniki tərəqqinin yüksək
səviyyədə inkişaf
etməsi incəsənətin
bir çox sahələrinin təkmilləşməsinə səbəb oldu. Bu gün dünyada hər bir xalqın
daha çox özünəməxsusluğunu qorumağa çalışdığı
bir zamandır: hər bir millət,
onun mənsub olduğu dövlət mədəni müstəqilliyini
sübut edən zəruri faktorların arxasında indi daha inadla durur.
Təsadüfi deyil ki, hazırda Azərbaycanda tətbiqi sənət sahəsində
xeyli irəliləyişlər
müşahidə olunmaqdadır.
Yaradıcılığın elə sahələri var ki, onlar
daha çox "qeyri-ənənəvi"dir. Yəni bu sahə ilə
hamı məşğul
ola bilmir. Bu sıradan Ədalət Qudyalçaylının
çay daşları
üzərində yaratdığı
müxtəlif obrazlar
insanı istər-istəməz düşündürür.
Ə.Qudyalçaylı
1979-cu ildə Xaçmaz
rayonunun Alıc-Qışlaq kəndində
anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
təsviri sənət
və sənətşünaslıq
fakültəsində təhsil
alıb. On il qabaq "Xalq sənəti və özünəməşğulluq"
proqramı çərçivəsində
keçirilən sərgidə
3-cü dərəcəli diploma
layiq görülüb.
Onun çoxsaylı, müxtəlif biçimli
al-əlvan çay daşlarını
özünəməxsus, məharətlə
"danışdırması" insanı valeh edir. Balaca çay
daşları üzərində
bu və ya digər ciddi
mövzunu, konkret olaraq obrazı yaratmaq nadir istedad hesab edilməlidir.
Onun bu sıradan
yaratdıqlarında Azərbaycanın
tanınmış şairlərinin,
sərkərdələrinin, dövlət xadimlərinin
portretlərini görmək
mümkündür. Ə.Qudyalçaylının əsərlərindən
birində İçərişəhər
fonunda insan obrazı təsvir olunub. Çay daşı üzərində
yaratdığı əsərində
o, İçərişəhərin
tarixi-memarlıq abidələrini, xüsusən
Qız qalasını
ön planda, aydın şəkildə
verməyə nail olub. Digər bir əsərdə isə qaval, kamança və tarın vəhdəti ifadə olunub. Onun digər iki əsəri də Bakıya həsr olunub. Ədəbiyyatımızın klassiklərinin - Xaqaninin, Əcəmi Haxçıvaninin,
Məhəmməd Füzulinin,
Şah İsmayıl Xətainin obrazları istər-istəməz tamaşaçını düşündürür.
Həmçinin gənc
yaradıcının Babək
Xürrəmidin və
İmadəddin Həsiminin
obrazlarını balaca
çay daşları
üzərində məharətlə
yaratması diqqəti
cəlb edir. Bu gün Azərbaycanda
Babək, Həsimi mövzusunda əsərlər
yaratmaq əslində hər bir sənətkarın
mənəvi borcu hesab edilməlidir. Təsadüfi deyil ki, qarşıdan - martın 14-də Babək Xürrəmidin qətli günü gəlir. Hər halda bu mövzuda
mətbuatımızın tərəddüdsüz
olaraq yazması gərəkdir.
Ədalətin həmçinin
"Sevgililər", "Dünyaya baxış",
"Azərbaycan gözəli",
"Rus gözəli",
"Hind gözəli"
kim əsərləri
də uğurlu alınıb. Rəssam
"Məhəmməd Füzuli",
"Şah İsmaylı
Xətai" əsərlərində
bu şəxsiyyətlərin
xarakterik cizgilərini
balaca çay daşları üzərində
məharətlə yarada
bilib.
Xalq cəbhəsi.- 2007.- 6 mart.- S. 15.