Leyla

 

Xalçalarımız “Azər-ilmə” və Kraliça Viktoriya adına mükafat qazandırıb

 

"Azər-ilmə" Məhdud Məsuliyyətli Cəmiyyəti

mərkəzi qərargahı

 

Oksfordda yerləşən Avropa Biznes Assambleyasının mükafatına layiq görülüb. Xatırladaq ki, "Kraliça Viktoriya adına mükafat" keyfiyyətli məhsul istehsalı ilə Avropa bazarlarında layiqli yer tutan, Avropa iqtisadi əməkdaşlığına səylə inteqrasiya edən müəssisələrə verilir.

Martın 18-21-də mükafatı almaq üçün müəssisənin nümayəndəsi bu ölkəyə dəvət edilib. MMC-nin baş direktoru, xalça sənətinin bilicisi və taciri Vidadi Muradovun sözlərinə görə, bıı uğunın qazanılması ölkəmizdə sahibkarlığın inkişafı üçün hər cür şəraitin yaradılmasının nəticəsidir. Xatırladaq ki, "Azər-ilmə"nin yun və ipəkdən istehsal olunan, işləmələrin incəliyi, ilmələrin yüksək sıxlığı, tərtibatın orijinallığı, milli koloriti ilə seçilən xalçaları bütün beynəlxalq standartlara cavab verir.

Bakının qədim zamanlardan xalçaçılığın mərkəzi kimi tanınan Nardaran, Binə, Hökməli, Lökbatan qəsəbələrinde, həmçinin Kürdəmir və Lerik rayonlarında şirkətin toxuculuq emalatxanaları yerləşir. Şirkətin mütəxəssisləri tərəfindən bu günədək minədək xalça eskizi işlənib. MMC-nin nəzdində Azərbaycan Xalça Qalereyası və həmçinin açıq səma altında Xalça Muzeyi yaradılıb. "Azər-ilmə" markası ilə Azərbaycan xalçaları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya, Rusiyada keçirilən satış sərgilərində xüsusi mükafat və sertifıkatlara layiq görülüb.

 

Yaddaş.- 2007.- 15 mart.- S. 5.