Turanə
Azərbaycan xalça sənətinin Kamili
Bu günlərdə
görkəmli xalça
ustası, Xalq rəssamı Kamil Əliyevin xatirə gecəsi keçirilib. M.F.Axundov
adına Milli Kitabxanada baş tutan tədbirdə Esmira Fuadın sənətkarın
həyat və yaradıcılığına həsr
etdiyi "Azərbaycan
xalça sənətinin
Kamili" kitabı da oxucuların ixtiyarına verilib. Milli Kitabxananın direktoru Kərim Tahirov Azərbaycan tətbiqi-dekorativ incəsənətində
K.Əliyevin ayrıca
yeri olduğunu və xalçaçılıq
sənətinin inkişafındakı
xidmətlərindən danışıb:
"Xalqımıza məxsus
ən gözəl ənənələrdən olan
Azərbaycan xalçasını
dünyaya tanıdan Kamil müəllimi yad edirik. Xalça sənətindən
danışanda onun adını çəkməmək
mümkün deyil.
O, "Şeyx Səfi"
kimi sənət əsərinin Azərbaycana
qaytarılması yolunda
çox səylər
göstərirdi. Hər zaman
deyirdi ki, ən azından, yenidən o portreti yaratmaq lazımdır".
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev son vaxtlar xalçaçılıq sənətinə
daha çox diqqət ayrıldığını
qeyd edib. "Ölkəmizə gələn
hər bir xarici qonağın Xalça Muzeyinə üz tutması bunun göstəricisidir.
Kamil Əliyev hər zaman müəllimi Lətif Kərimova olan vurğunluğunu gizlətmədi. O, muzeylərdə
olan əsərləri
sayəsində hər
zaman yaşayacaq. Sənətkarlar heç vaxt
ölmürlər, sadəcə
olaraq, insanların biganəliyi onları
yaddaşlardan silir".
Filologiya elmləri doktoru Nazim Dadaşov Azərbaycan xalçaçılıq məktəbində K.Əliyevin öz izi, öz üslubu olduğunu, AMEA-nın baş elmi işçisi Kubra Əliyeva təqdim olunan kitabda Kamil müəllimin özü və ailəsi haqqında demək iştədiklərinin əks olunduğunu bildirib. "Xalça ilk olaraq bir tarixdir, sonra isə estetik gözəlliyi əks etdirən maddiyyatdır".
Kitabın müəllifi Esmira Fuad Kamil
Əliyevlə bağlı
xatirələrindən danışıb.
Yeni Azərbaycan.- 2007.- 6 mart.- S. 8.