Karikaturaçılarımız müsabiqədən əlidolu qayıdıblar

 

Suriyada karikaturaçı rəssamların III Beynəlxalq müsabiqəsi keçirilib. Azərbaycan Karikaturaçılar Birliyindən verilən məlumata görə, beynəlxalq tədbirdə iştirak edən iki rəssam - Yavər Əsədov Seyran Cəfərli müsabiqənin xüsusi mükafatına layiq görülüblər.

Bir neçə gün öncə isə karikaturaçıların Belçikada beynəlxalq müsabiqəsi keçirilib. 84 ölkədən 987 rəssamın qatıldığı müsabiqəyə ölkəmizdən 15 rəssamın əsərləri göndərilib. Münsiflər heyətinin müsabiqəyə təqdim olunmuş 4000 əsərdən seçdiyi 250 karikatura arasında həmyerlimiz Bayram Hacızadənin əl işi var. Müsabiqənin şərtinə görə, seçilən rəsmlər bir müddət Belçikanın Karikatura Muzeyində saxlanılacaq ölkənin müxtəlif şəhərlərində keçiriləcək sərgilərdə nümayiş etdiriləcək.

 

Kaspi.- 2007.- 7 mart.- S. 17.