Atatürk mavzoleyi Anıtkabir Azərbaycanda

 

Azərbaycan Türk Sənayeçi İş Adamları Beynəlxalq Cəmiyyətinin - TUSİAB təşəbbüsü ilə "Atatürk mavzoleyi Anıtkabir Azərbaycanda" adlı rəsm sərgisi keçiriləcək. TUSİAB-ın mətbuat xidmətindən daxil olan məlumata gürə, sərgi 29 mart - 4 aprel tarixləri arasında Müasir İncəsənət Mərkəzində təşkil olunacaq. Sərgi 31 Mart 1918-ci ildə qətlə yetirilən minlərlə azərbaycanlının 89-cu ildünümünü anmaq məqsədilə keçirilən tədbirlər çərçivəsində baş tutacaq. Layihənin müəllifi Vecdi Altaydır. Martın 29-da açılacaq sərgi Anıtkabiri əks etdirən müxtəlif tablolardan ibarət olacaq. Qeyd edək ki, Anıtkabir-Türkiyə Cümhüriyyətinin Qurcusu olan Atatürkün dəfn olunduğu mavzoleydir. Bu kompleksin inşası 1953-cü ildə başa çatdırılıb.

 

Səs.- 2007.- 30 mart.- S. 16.