Zəhra

 

Fəxriyyə Xələfovanın “Cazibə”si İstanbulda uğurla nümayiş olunub

 

Türkiyənin İstanbul şəhərində IX Beynəlxalq İstanbul Moda Sərgisi keçirilib. Sərgidə Türkiyə dünya toxuculuq sektorunun müxtəlif sahələrində fəaliyyət göstərən tanınmış şirkətlərin stendləri təqdim olunub. Sərginin əsas məqsədi İstanbulu moda mərkəzi kimi dünyaya tanıtmaq ibarət olub. Bu aksiya yüksək səviyyədə təşkil olunaraq, Yaxın Şərqdə Şərqi Avropada diqqəti çəkib. Dünyanın ən iri miqyaslı sərgilərindən biri sayılan İstanbul Moda Sərgisinə müxtəlif ölkələrdən olan məşhur firma şirkət nümayəndələri qatılıb. Tədbirdə bir sıra iri şirkətlərin ünlü modelyerlərin 2007-ci ilin yaz-yay kolleksiyalarının nümayişi, mütəxəssislər üçün seminarlar müsabiqələr keçirilib. İlk dəfə bu nüfuzlu tədbirdə Azərbaycanın tanınmış modelyeri, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, həmçinin onun rəhbəri olduğu Moda Dizayn Mərkəzi təmsil olunub. İstanbulda Fəxriyyə Xələfovanın "Cazibə" adlı moda kolleksiyası nümayiş etdirilib. Azərbaycanda onun hüdudlarından kənarda öz sənəti ilə yaxşı tanınan modelyer indiyədək bir çox ölkələrdə keçirilən moda festivallarında geyim kolleksiyalarını uğurla sərgiləyərək, ölkəmizin layiqli təmsilçisi olub. Modelyerimizin "Cazibə"si İstanbulda böyük müvəffəqiyyətlə nümayiş olunaraq, tanınmış mütəxəssislərin diqqətini F.Xələfovanın yaradıcılığına yönəldib. Bu kolleksiya dünya modasındakı son tendensiyaları, həmçinin milli moda ənənələrini geyimlərin rəng çalarlılığını özündə əks etdirməklə, romantik, ekstravaqant stillərin sintezi əsasında hazırlanıb. "Cazibə"nin nümayişi kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub azərbaycanlı modelyerin kolleksiyası geniş işıqlandırılıb. Sərgidə iştirakı barədə danışan F.Xələfova Azərbaycana olan sevgisini bu müsabiqədəki uğuru ilə bir daha ifadə etməyə çalışdığını deyib.
   

525-ci qəzet.- 2007.- 2 mart.- S. 7.