Ziyadov R.
Bu gün Bakıda Moda
və Aksessuarlar sərgisi açılır
Ötən gün Beynəlxalq
Mətbuat Mərkəzində İtesa Kaspian şirkəti
"Moda Azərbaycan 2007" adlı 1-ci Azərbaycan
Beynəlxalq Moda və Aksessuarlar Sərgisinin
açılışına həsr olunmuş mətbuat
konfransı keçirdi. Ticarət və Sənaye Palatasının
vitse-prezidenti Mehman Əhmədov ölkəmizdə
açılan bu sərginin yeni layihə olduğunu dilə
gətirdi. Bildirdi ki, rəhbərlik etdiyi şirkət 2007-ci
ildə belə sərgiləri regionlarda da təşkil
edəcək: "Azərbaycanda sərgi mövsümü bu
ay başlayır. İlk yarımillik bütün Qafqazda
çoxdan səbirsizliklə gözlənilən "Moda
və aksessuarlar" sərgisi ilə açılacaq.
Sərgidə 20 xarici şirkət iştirak edəcək.
Debütünə baxmarayaraq, sərgi Fransa, İtaliya, Almaniya,
İspaniya, Hindistan, BƏƏ, Böyük Britaniya, Estoniya,
Rusiya və s. daxil olmaqla dünyanın 11 ölkəsindən
olan tanınmış hazır geyim istehsalçılarının
böyük marağına səbəb olub. Moda və
aksessuarlar sərgisi ziyarətçilərin diqqətinə
hazır geyim, parçalar, ayaqqabı, çanta, aksessuarlar
və idman geyimi kimi məhsullar təqdim edəcək".
Vitse-prezident dünya
moda sənayesinin ölkəmizə getdikcə artan
maraqlarından danışdı: "Əhalinin
alıcılıq qabiliyyətinin artması buna şərait
yaradır. Bir çox dünya brendləri artıq bazarda təmsil
olunur. Getdikcə daha çox dünya şöhrətli
markalar Azərbaycan bazarında öz məhsullarını
təqdim etmək niyyətindədir".
Sərginin meneceri
Rəna Abutalıbova sərginin ölkəmiz
üçün əhəmiyyətindən
danışdı. Onun sözlərinə görə,
ölkəmizin bu sahədə də inkişaf etməsini
müsbət addım kimi qiymətləndirmək olar. O,
sərgiyə 15 minə yaxın ziyarətçinin
gələcəyini gözlədiklərini dedi: " Sərgi
iştirakçıları sırasında dünyada
məşhur olan bir çox şirkətlər olacaq. 1-ci Azərbaycan Beynəlxalq Moda və Aksessuarlar
sərgisi məhz belə şirkətləri
bir araya gətirir. Həmin şirkətlər ölkəmizdə eksklüziv
nümayəndə və
ya distribütor tapmaq məqsədilə sərgiyə qatılıb.
Sərgiyə gələn
ziyarətçilər isə
təkcə yeni kolleksiyalarla
Azərbaycan Ticarət-Sənaye Palatası
və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Fondu bu layihəyə rəsmi dəstək göstərdiyinə
görə onlara təşəkkürümüzü bildiririk".
Sonda tədbir iştirakçılarına
sərginin açılışı
barədə məlumat
verildi. Sərgi martın 6-da səhər saat 11:00-da Avropa Qrand Otelində açılacaq.
Xalq cəbhəsi.- 2007.- 6 mart.- S. 12.