Azərbaycan
kinosunun təhlili
Əbülfəz Qarayev:
"Kinomuz özünü saxlayacaq halda deyil"
Mədəniyyətin
ən gəlirli sahəsi
Bu
günlərdə ölkə başçısı İlham
Əliyev "Azərbaycanda kino sənətinin inkişafı
haqqında" sərəncam imzaladı.
Kino sənətimizin inkişafı haqqında sərəncamı təşkil
edən bütün bəndlər mədəniyyət
və turizm naziri Əbülfəz Qarayevin dünən kino xadimləri ilə keçirdiyi görüşdə bir-bir
müzakirə olunaraq
mövcud şəraitə
qiymət verildi.
Nazir çıxışında
ilk növbədə bunları vurğuladı:
"Mədəniyyət və
Turizm Nazirliyi yaradılanda işə təhlildən başladıq.
Aşkar oldu ki, hazırda ən çətin dövrünü yaşayan
sahələrdən biri
məhz kinodur. Mədəniyyətin ən
gəlirli sahəsi hesab olunmasına baxmayaraq, Azərbaycan kinosu indi nə
özünü saxlayacaq,
nə də xeyir gətirəcək halda deyil. Sənətkarlıq
potensialımız nə
qədər qürur doğuran olsa da, kino xadimlərimizə
nə qədər dərin ehtiram bəsləsəm də, etiraf etməliyəm ki, əgər kinomuz bu gün
bu vəziyyətdədirsə,
deməli, onların sənətkarlığı kifayət
deyil..."
Məlum siyasi-ictimai
vəziyyətin kinomuza
belə dağıdıcı
zərbəsinin fəsadlarından
əziyyət çəkən
ilk növbədə tamaşaçılardır. Yaxşı
filmin meydana gəlməsindən ötrü
ssenarinin, rejissor yozumunun, yaradıcı heyət seçiminin və zəruri maliyyənin əlverişli
olması labüd şərtdir. Sadalanan cəhətlərdən birinin
varlığının axsaması
digərlərinin dolğunluğunu
azaldacaq qədər qorxuludur. Nazir çıxışında C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının
təmir və təchizi məsələsinə
toxunaraq bildirdi ki, kinostudiyanı bütövlükdə yox,
bir pavilyonun əsaslı təmirindən
başlayaraq, hissə-hissə müasir tələblər səviyyəsinə
qaldırmaq daha məqsədəuyğundur. "?zü də maliyyə vəsaitini ayıranda çox diqqətli olmalıyıq ki, bu vəsaitə nə çəkiləcək.
Əgər rəfdə
yatıb-qalan bir film çəkiləcəksə,
bu boyda zəhmət kimə lazımdır?"
Ə.Qarayev
vurğuladı ki, kinoteatrların, demək olar, hamısı birbaşa funksiyasından savayı dəxli olmayan bütün digər funksiyaları yerinə yetirir: "Yeganə olaraq
"Azərbaycan" kinoteatrı
öz işini görməyə çalışır,
ona da "pirat" videokaset istehsalçıları imkan
vermirlər. 1998-ci ildə
"Kino haqqında"
qanun qəbul edilərkən filmlərin
dövlət reyestri nəzərdə tutulsa da, bu vaxta
qədər buna əməl edən olmayıb. Bildiyiniz kimi, biz bu
işə ciddi girişdik və telekanallarla əməkdaşlığımızın
nəticəsi göz
qabağındadır".
"Nizami"
kinoteatrının binasının
xidmət səviyyəsinin
yaxşılaşdırılmasına gəldikdə isə nazir məlumat verdi ki, martın
5-də rusiyalı mütəxəssislər şəhərimizə
gəlib buna aid layihələrini təqdim edəcəklər
və aprel ayından başlayaraq Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Kinematoqrafçılar
İttifaqının sədri
Rüstəm İbrahimbəyovun
birbaşa nəzarəti
və rəhbərliyi
altında kinoteatrın
Kinofestival Kompleksinə
çevrilməsi işlərinə
başlanılacaq.
Ə.Qarayev
bütün dünyada
olduğu kimi, bizdə də Dövlət Film Fondunun elmi-araşdırma
mərkəzi kimi fəaliyyət göstərməsinin
vacibliyini qeyd etdi. Gənc kinorejissorların mükəmməl bacarığının
nəinki incəsənətin,
həmçinin turizmin
inkişafından və
deməli, ölkəmizin
tanınmasından ötrü
vacib amil olması üzərində
xüsusi dayanan nazir dünya ekranlarına çıxa
biləcək bir neçə filmin maddi təminatını nazirliyin öz üzərinə götürdüyünü, Almaniya
ilə 4 qısametrajlı,
Latviya ilə 1 tammetrajlı filmlərin bu il istehsal
olunacağını dedi.
"Nazirliyin xətti ilə keçirilən müsabiqələrdə
belə bir şərt qoyacağıq
ki, çəkilən
film qəbul edilmiş qaydalara uyğun olaraq ya "prokat" vasitəsilə xərclənən
məbləğin müəyyən
hissəsini qaytarsın,
ya da beynəlxalq
müsabiqələrdə iştirak
edib, hansısa nominasiyanın qalibi olsun..." Ermənilərin "Ararat", qazaxların
"Köçərilər" kimi irimiqyaslı kino layihələrini ərsəyə gətirməyi
müqabilində Azərbaycanın
əliboş dayanmasından
üzüldüyünü ifadə edən Ə.Qarayev bu il 1-2 beynəlxalq
kinolayihənin hazırlıq
mərhələsinə start
veriləcəyinin yəqinləşdiyini
bildirdi. "Əsas odur ki, artıq nəyi kimin çəkəcəyini
bilirik. Qalır niyyətimizi gerçəkləşdirmək".
"Əcnəbi filmlərin doğma dilimizə peşəkar səviyyədə dublyajı
məsələsinin dövlət
müstəqilliyimizin ayrılmaz
amili olduğunu unutmamağa" çağıran
nazir telekanallar arasında ən çox ATV-nin filmləri rus dilində yayımladığını
təəssüflə qeyd
etdi.
Mədəniyyət və İncəsənət
Universitetində kino sahəsində çalışacaq
kadrların hazırlıq
şəraitinin onların
müasir tələblər
səviyyəsində yetişməyinə
imkan vermədiyini,
"mütəxəssis" anlayışının itməkdə
olduğunu deyən Ə.Qarayev mühazirə oxumaqdan ötrü yaxın və uzaq xaricdən ustad sənətkarların
dəvət edilməsi
məsələsinin çox
məqsədəuyğun olduğunu
dedi və Təhsil Nazirliyinin bu məsələdə işə dayaq olacağına əminliyini,
gənc kadrlara bundan sonra daha
böyük ehtiyac olacağını ifadə
etdi.
Prezidentin sərəncamından
doğan tapşırıqları
kino ictimaiyyəti ilə birlikdə yerinə yetirmək niyyətində olduğunu
deyən nazir sözü kino xadimlərinə verdi. Film Fondunun direktoru
Cəmil Quliyev, Kinematoqrafçılar İttifaqının
birinci katibi Rasim Balayev və
başqaları çıxış
edərək belə bir sərəncamın qüvvəyə minməsindən
məmnun olduqlarını,
arzu və təkliflərini bildirdilər.
Həftə içi.- 2007.-
3-5 mart.- S. 8.