Bəhruz

 

Cənubi Qafqaz Kino Xadimləri Assosiasiyası sorğunun nəticələrini açıqladı

 

Azərbaycanlı tamaşaçı milli filmləri daha çox izləyir

 

Yanımda oturan gənc rejissorlardan biri zarafatla belə dedi:

 - Zalın kirayə pulu qədər baha olsa da, həmin məbləği ödəməyə dəyərmiş. Həmsöhbətimin pul barədə dediyini yanındakı da təsdiqlədi. Çoxdandı bir yerə müzakirə üçün toplaşmayan Azərbaycan gənc kinematoqrafçıları bir-birlərini görməyə deyəsən öyrəşməmişdi. Buna görə qarşısındakı ilə necə görüşəcəyini bir anlıq fikirləşib, sonra sevinclə əlini uzadırdı.

Cənubi Qafqaz Kino Xadimləri Assosiasiyası Bakı Caz Mərkəzində "Bazarın tədqiqatı - Cənubi Qafqazda kino" mövzusunda sorğunun təqdimatını martın 6-da keçirdi.

Tədbiri giriş sözü ilə açan Assosiasiyanın Azərbaycan üzrə koordinatoru Şamil Nəcəfzadə qonaqları salamladıqdan sonra bura yığışmağın mahiyyətini açıqladı. O, son illər Azərbaycanda baş verən kino proseslərdən danışdı. Qeyd etdi , artıq qonşu Gürcüstanın kinematoqrafçıları ilə geniş əlaqələr qurulur bir çox layihələri onlarla birgə həyata keçirmək planlaşdırılır. O, "Bazarın tədqiqatı - Cənubi Qafqazda kino" layihəsi barədə bildirdi ki, bu sorğular klnematoqrafiyanın inkişafı yönümündə atılan addımlara istiqamət verəcək. Sonra söz assosiasiyanın Gürcüstandan olan nümayəndələrinə verildı.

Aparılan sorğu geniş ekranda şərh olunaraq iştirakçılara göstərildi. Üstəlik nəticələr broşur SD formalarında tədbir iştirakçılarına təqdim olundu. Sorğu 15-55 yaş həddində olan respondentlər arasında keçirilib. Nəticələrin Azərbaycan üzrə göstəriciləri həm maraqlı, həm bir az qəmgin notlar üzərində köklənmişdi. Beləki sorğuda göstərilənləri nəzərə alsaq, görərik ki, gürcü tamaşaçısı ilə bizim aramızda bir balaca kinematoqrafik fərq var.

Azərbaycan tamaşaçısı hansı janrda olan filmlərə baxır?

Komediya - 18 faiz

Tarixi – 10 faiz

Döyüş-12 faiz

Melodrama- 6 faiz

Detektiv- 9 faiz

Serial- 13 faiz

Elmi fantastik- 7 faiz

Qorxulu- 6 faiz

Drama- 4 faiz s.

Maraqlıdır ki, boevik janrda olan filmlərə gürcü tamaşaçısının 5 faizi, seriallara isə 2,5 faizi baxır. Assosiasiyanın təqdim etdiyi materiallarda diqqəti çəkən bəndlərdən biri bizim milli filmlərə daha çox marağımızdır. Belə ki, Azərbaycan tamaşaçısının 38 faizi, gürcü tamaşaçısının 24 faizi müti filmləri izləyir.

Qəzetimizdə digər qəzetlərdə teletənqidlə bağlı materiallar dərc olunur. Həmin materialların böyük əksəriyyəti kanallarımızda olan proqramların tənqidi ilə bağlı olur. Bundan başqa, bir neçə dəfə telekanalların kino siyasəti ilə bağlı məqalələr dərc olunub. Sorğunun nəticələrində belə bir nəticə göstərilmişdi ki, televiziya Azərbaycan tamaşaçısı üçün kinoteatrdan daha əlverişli sayılır. Sorğuda göstərilən faktlara diqqət yetirdikdə məlum olur ki, gürcü tamaşaçısının 58 faizi, Azərbaycan tamaşaçısının isə 12 faizi filmləri kinotearda izləməyə üstünlük verir. ya azərbaycanlı tamaşaçısının 82 faizi fılmləri televiziya ilə izləyir.

Azərbaycanın kino birliklərini bir araya gətirən assosiasiyanın keçirdiyi sorğuya o!a bilsin kimlərsə şübhə ilə yanaşsın. Amma qeyd etmək yerinə düşər ki, bizim qəzetin ötən sayında təqdim olunan mini sorğu yuxarıda göstərilənlərlə müəyyən qədər üst-üstə düşür. Hər halda ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan tamaşaçısı komfortlu kinoteatrların ləzzətini hiss eləyib filmləri məhz kino zallarında izləyəcək ən azından kinoteatra getməyin bir prestij olduğunu duyacaq.

P.S, Sorğuda o da göstərilir ki, azərbaycanlı respondenttərin 9 faizi, gürcülərin isə 1 faizi Hindistan filmlərini izləyir.

 

Kino+.- 2007.- 8 mart.- S. 3.