Rüstəm İbrahimbəyovun rus kino tarixində daha bir imzası

 

Azərbaycanlı kinodramaturqa Aleksandr Nevsik"

prodüser olmaq təklif edilib

 

Rusiya kinematoqrafçıları "Aleksandr Nevski" adlı daha bir möhtəşəm layihəyə imza atıb. Filmin hətta "Oskar" mükafatına təqdimatı da nəzərdə tutulub. Rus mətbuatının yazdığına görə, Rüstəm İbrahimbəyova sözügedən filmin prodüserlərindən biri olmaq təklif edilib. Rusiya kinematoqrafiyasında yeni hadisə sayıla biləcək "Aleksandr Nevski" knyaz Aleksandrın gəncliyindən, onun Heva üzərindəki ilk qələbəsindən sonra "Nevski" ləqəbini qazanmasından bəhs edəcək.

Qeyd edək ki, sözügedən filmə R.İbrahimbəyovla yanaşı, İqor Kalenovun da prodüserlik edəcəyi bildirilir. Filmin ssenari müəllifi Vladimir Vardunas, quruluşçu reyissoru Aleksey Karelindir. Müəlliflər ekran əsərinin yanrını tarixi detektiv kimi müəyyənləşdiriblər. Bu həftənin sonuna kimi filmin baş rolunun ifaçılarının adlarının açıqlanacağı nəzərdə tutulur.

Rus mətbuatına müsahibəsində R.İbrahimbəyov tamaşaçılarını əmin edib ki, onun filmində yalançı vətənpərvərlikdən əsər-əlamət olmayacaq: "Aleksandr Nevski bir tarixi fiqur olaraq taleyüklü qərarları ilə birlikdə hazırda son dərəcə aktual olan bir mövzunu ifadə edir. Rusiyanın milli qəhrəmanları hesab edilənlərin damarlarından bir neçə millətin qanının axması artıq aksiomadır. Genetik saflığa qısqanclıqla yanaşan şəxslərə artıq məlum olub ki, Puşkin ərəbdir, Qoqol - maloros, Lermontov müəyyən mənada şotland, ilk rus konservatoriyasının banisi Rubinşteyn ən görkəmli fırça ustası Levitan yəhudidir. Rus tarixinin əfsanəsi Kuzma Minin isə xaç suyuna salınmıştatardır".

Sovet dönəmində "xalqlar dostluğu" anlayışının gerçəkliklə heç bir əlaqəsinin olmaması, bunun təbliğat maşınının uydurması olması fikrinə aydınlıq gətirən R.İbrahimbəyov belə deyib: "Sovetin dəyərlərini "gözdən salmaq" istəyi yeni deyil. Böyük Vətən müharibəsi ilə bağlı rəyləri xatırlayın: nahaq qurbanlar, mənasız müharibə s. Əslində, bu səhifə müqəddəs sayılmalıdır bunun müharibədən sonra SSRİ- bərqərar olmuş ictimai-siyasi vəziyyətə aidiyyəti olmamalıdır. Mən öz xalqını çox sevən Azərbaycan vətəndaşıyam. Amma tale elə gətirdi ki, həyatımın böyük bir hissəsini Rusiyada keçirmişəm, fəaliyyətimin bir hissəsi bu ölkə ilə bağlıdır. Əgər bu ölkənin başına bir gələrsə, mən onun müdafiəsinə qalxan şəxslərin sırasında olacağam. İndi baş verənlər məni bir ona görə narahat edir ki, milləti qızışdırma epidemiyası çevrilə Azərbaycan - Rusiya münasibətlərinə təsir göstərə bilər".

 

Kaspi.- 2007.- 20-27 mart.- S. 17.