Yaşlı aktrisa yalnız ana obrazlarını oynamamalıdır"
Elmira Şabanovanın fikrincə,
teatrlarda darıxdırıcı
əsərlər səhnələşdirilir
"Sənətə
45 yaşımdan sonra
gəldiyim üçün
mənə ana obrazlarını həvalə
ediblər. Bu, təsadüfi bir gəliş deyil. Teatr və kinoda
olmadığım hər
günün mənəvi
əzablarını özümdə
hiss edirdim. Amma qadın üçün ailə önəm daşımalıdır.
Efirdən mənə
yaraşan obrazları
izlədikcə, səhnəyə
qayıtmaq arzusu ilə çırpınardım.
Amma buna mane olan şəxs
var idi. Amma qismət elə gətirdi ki, qarşıda gözləyən tale yolu özü məni yenidən teatr və kino
aləminə gətirib
çıxardı". Qismətindən
narazı olmasa da, sənətə uzun illərdən sonra qayıdışı
Elmira Şabanovanın
taleyindən öz izlərini buraxıb. Hələ tələbə
ikən ilk dəvət aldığı
"Səhər" filmindəki
Sevda rolundan sonrao, gələcək həyat yoldaşı, kinoreyissor Rüfət Şabanov ilə tanış olub və ailə qurublar. Ailə başçısı həyat
yoldaşının sənətlə
məşğul olması
üçün qarşısında
bir o qədər
maneələr
yaratmayıb. Amma Elmira xanımın dediyinə görə, qayınanası təkidlə
onun evdə oturub, ailəsinin qulluğunda durmasını
tələb edib. Böyüyün sözünə
hörmətlə yanaşan
ailə bir müddət onun dediyi ilə oturub-durub. Lakin uzun illər keçsə də, R.Şabanovun anası sözündən dönməyərək,
gəlininin teatr və kino aləminə
qayıtmasına icazə
vermir. Baxmayaraq ki, Sevda obrazından
sonra E.Şabanovaya Gürcüstan və yerli kinoreyissorlardan baş rolda çəkilmək üçün
bir-birinin ardınca təkliflər gəlirdi.
Aktirsanın fikrincə, əgər
o, vaxtilə bu dəvətləri qəbul edə bilsəydi, bir çox Azərbaycan kinosundakı baş rolların ifaçısı
olardı: "Övladlarımı
böyütdüm, indi
hamısı ayrı-ayrılıqda ailə-uşaq sahibləridirlər.
Öz istəyimləonlardan
ayrı yaşayıram.
Qalan ömrümü
sırf kino və teatr aləminə
sərf edəcəyimə
söz vermişəm.
Rüfət Şabanov
ömrünün sonlarında
mənim sənətə
qayıtmağımı israrla
bildirdi. Amma onun mənə ehtiyacı olduğunu görüb, bu dəfə mən razı olmadım. Onun vəfatından bir neçə il sonra Eyyub
Yaqubovun "Ana" klipində məni eyni adlı obraza dəvət etdilər. Elə o gündən kliplərdə və teatr, kino aləmində
onlarla ana qalereyası yaratmışam.
45 yaşından sonra
sənətə qayıdan
aktirsa ancaq bu obrazda oynaya
bilərdi. Bu, həm də öz içimdən gəlirdi. Bu obrazlar bəzi gənc ailələrin tərbiyəsinə də
böyük təsir göstərmişdi. "Gəlinlər"
teletamaşasındakı rolumdan
sonra bir çox insan yoldaşının anası
ilə barışdığını
mənə deyirdi. Amma həvəsdi, bəsdi. İndi tamam başqa obrazlar oynamaq arzusundayam".
Teatr
səhnəsinə böyük
həvəs göstərən
aktrisanı ciddi repertuar boşluğu narahat edir: "Düzdür, iki-üç
aydan bir teatrlara yeni əsərlər gəlir.
Amma süyet xətti ürəyimi açmır. Əvvəlki
teatr ənənəsi
aktuallığını geridə
qoyub. İnsanı darıxdıran, mənasız
əsərlər səhnələşdirilir.
Bu üzdən də obraz seçməkdə
çətinlik çəkirəm.
Yaşlı qadın teatr və kinoda
ancaq ana obrazları yaratmaq üçün çalışmamalıdır.
Əgər dramaturqlar
əsərlərini zənginləşdirə
bilsələr, teatrlara
da axın güclü olar. Son illər dövlətin sənətə
böyük diqqəti
hiss olunur. Yəqin xırda çatışmazlıqlara da
tezliklə öz axarına düşər
Kaspi.- 2007.- 15 mart.- S. 17.