Kəbutər

 

Kino məkanında nələr baş verir

Dövlət başçısının sərəncamı bu sahədə “zəlzələ” yaradıb

Lap bu günlərdə teatr işçilərinin imtiyazları  müəyyənləşdirildi. Amma bu imtiyazlar  kino işçilərinə aid edilmədi. Buayrı-seçkiliyinsəbəbləri haqqında  söhbətimizi digər yazılarımızdan birinə saxlayaraq təkcə onu qeyd edək ki, ötən ay dövlət başçısının Mədəniyyət Nazirliyinə ünvanladığı sərəncəm kinematoqrafiya sahəsində güclü canlanma yaratdıTurizm Mədəniyyət Nazirliyinə ünvanlanmış tapşırıqda göstərilir ki, 1991-ci ildən dövlətin vahid kino sistemi dağılmağa başlayıb Azərbaycan kinematoqrafiyası bir sıra çətinliklərlə qarşılaşıb. Odur ki, dövlət başçısı Azərbaycan kinosunun dünya kinematoqrafiyasının tərkib hissəsi olaraq yeni şəraitdə fəaliyyət göstərə bilməsi üçün bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün  “Azərbaycanfilmkinostudiyasının maddi-texniki bazasının  mövcud kinoteatrlar şəbəkəsinin yenidən qurulması, Dövlət Film Fondunun yeni binasının inşaası, dünyanın aparıcı kino şirkətləri ilə müştərək filmlərin istehsalı da nəzərə alınmaqlaAzərbaycan kinosu 2008-2018-ci illərdəDövlət Proqramına dair  təkliflərin hazırlanması Azərbaycan Respublikasının kinematoqrafiya sahəsində normativ-hüquqi bazasının təkmilləşdirilməsi digər məsələlər haqqında sərəncamı imzaladı. Sərəncamda Mədəniyyət Turizm Nazirliyinin müəyyən zaman kəsiyində öz təkliflərini dövlət başçısına çatdırmaq haqqında tapşırıq verilib.

Mozalanın gələcəyi  

Sərəncama qədər kino sahəsində müəyyən işlər görmək üçün qollarını çırmalamış Mədəniyyət turizm naziri bir sıra layihələrlə yanaşı, Sovet dövrünün ən populyar kinojurnalı olanMozalanın ayrıca kinostudiya kimi fəaliyyətə başlaması üçün qərar verdi. Kinojurnalın  yenidən qurularaq bərpa edilməsi üçün təbii kixeyli pul tələb olunurHəmin studiyaya Azərbaycanfilm kinostudiyasının baş redaktoru, görkəmli dramaturq(?) kimi təqdim edilən   Orxan Fikrətoğlu rəhbər təyin edildi. Bildiyimiz qədəri Orxan müəllim ilk jestini edib: Mən heç kiməMozalanı tələbələrin sınaq meydançasına çevirməyə imkan verməyəcəyəm.!” Çox əla. Çünki tələbələrin özünü sınaması üçünDebütstudiyası var daha bir neçə belə studiyanın yaradılması nəzərdə tutulur. Ümumiyyətlə, 2007-2010-cu illərdə bu sahədə gənclərin yaradıcılıq fəaliyyətinin inkişafı üçün nəzərdə tutulan proqramda belə studiyaların yaradılması bu yönümdə görüləcək işlər öz əksini tapıb. Kino sahəsində gəncqoca anlayışı normal qəbul olunmasa dahər halda bu proqram bir neçə imzanın monopoliyaya aldığı sahədə  həmişə yaşıl işıq yanan  qocaların yanında qurdalanmaqla qocalan gənclərə açılmış meydan kimi  dəyərləndirilməlidirBununla belə artıqMozalanöz ömrünü başa vurmuş bir proyektdir dövlət büdcəsi hesabına  yaşayacaq bir studiya üçün bu qədər qayğı belə onun xeyir gətirəcəyinə qarant vermir. Çünki bürokrat bir durğunluğun hökm sürdüyü sovet məkanından fərqli ritmi dəyişən dünyanın indiki zamanında mobil reaksiya daha vacibdir ki, bunun da öhdəsindən ölkə məkanında fəaliyyət göstərən telestudiyalar çox asanlıqla bacarıqla gəlirlər. Onlar üçünMozalankinojurnalının saxlanılması üçün gərək olan vəsait lazım deyil. Telekanalların repartyorları kinojurnalın  üç aylıq işini bir gündə görür.  

Mozalandan söz düşmüşkən, dövlət vəsaiti ilə yaşayan daha iki studiya - “YaddaşSalnaməhaqqında da bir neçə söz. Studiyaların hər ikisində sənədli filmlər ekranlaşdırılır. “Yaddaşın bədii rəhbəri Cəmil Fərəcov, “Salnaməninki isə Xamis Muradovdur. Dövlət vəsaiti hesabına yaşayan eyni amala xidmət edən, yəni, sənədli filmlər istehsalı ilə məşğul olan studiyaların ayrı-ayrılaqda niyə fəaliyyət göstərdiyini  düşünəndə ortaya belə məntiqi bir nəticə çıxır: bu studiyalar adı çəkilən kino xadimlərinin büdcəsi haqqında heç bir narahatlıq olmayan ehtiyat yerləridir.

Rüstəm İbrahimbəyov haradadır?

Sərəncamdan dərhal sonra toplantı keçirən Mədəniyyət Turizm Nazirliyi mütəxəssislərdən ibarət kommisiya yaratdı. Komissiya üzvləri Azərbaycanda Dünya kinosunun 100 illiyi fondu Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə birgə öz üzvlərinə məktub ünvanladı:

Dövlət başçısının verdiyi sərəncamın ərsəyə gəlməsində Azərbaycan Kinematoqrafçılar İttifaqı onun sədri R.İbrahimbəyovun da xidmətləri az deyil.

Sərəncamdan irəli gələn məsələlərə dair Mədəniyyət Turizm Nazirliyi Təhsil Nazirliyi tərəfindən təkliflər hazırlanaraq Azərbaycan Prezidentinə təqdim olunacaq. Lakin kino sənətinin vacib məsələlərini özündə əks etdirən bu mütərəqqi sənədin tələblərinin həyata keçirilməsi yönündə təbii ki, kino mütəxəssislərinin mövqeyi bu mövqedən irəli gələn təkliflər mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunanları nəzərə alaraqkino sənətinin inkişafını əhatə edən sahələrlə bağlı təkliflərinizi 10 gün müddətində Azərbaycan Kinematoqrafçılar İttifaqına təqdim etmənizi Sizdən xahiş edirik.”

Hətta mütəxəssislərdən xaricdən hazır konsepsiyalar gətirilməsini təklif edənlərin olduğu söylənilir. Bəs görəsən, məktubda çox böyük fəxrlə adı çəkilən Rüstəm İbrahimbəyov niyə yada düşmür? Yoxsa Rusiya kinosunuOskara aparıb çıxarmağı bacaran bir sənətkarın öz millətinin kinosunun inkişafına heç bir marağı yoxdur? Müraciət etdiyimiz bir neçə şəxs komissiyada onun adının olduğunu, digərləri isə Rüstəm İbrahimbəyovun bura qatılmağını sadəcə, özünün istəmədiyini söylədi. Bir azərbaycanlı kino xadimi olaraq Rüstəm İbrahimbəyovun buna sadəcə ixtiyarı yoxdur. Azərbaycan kinosu yeni quruculuq dövrünə qədəm qoyduğu bir vaxtda onun bu prosesdən kənarda qalmaq istəməsi inandırıcı görünmür. Yoxəgər bu həqiqətən belədirsə, yalnız yaradılmış komissiyanın səviyyəsi onu qane etmədiyindən R.İbrahimbəyov belə qərar verə bilər. Əks halda, Azərbaycan kinematoqrafları sadəcə olaraq bu sənətkarla işləmək istəmirlər. bütün bunlara baxmayaraq, bu gün dünya kinomatoqrafları sırasında fəxri yerlərdən birini tutan  Rüstəm İbrahimbəyov həmin komissiyanın başında durmalıdı onun təklif etdiyi konsepsiyalardan bəhrələnmək xaricdən gələnlərdən qat-qat üstün olardı.

Kinostudiyanın həyətində sirli tikili

Məlum sərəncamdan dərhal sonra Dövlət Filmfondunun yeni binasının tikintisi haqqında ictimaiyyətə açıqlama verildi. Sərəncamda görüləcək işlərlə bağlı təkliflərin müddəti bitməmiş binanın maketinin hazırlanmasından başlamış  tikinti işlərinin vüsətinə qədər bütün məqamlar oxucuda yalnız təəccüb doğurur. Əgər filmfond üçün yeni bina tikilirdisə, bu niyə qapalı şəkildə aparılırdı. Hətta belə əhəmiyyətli bir tikintini aparmaq üçün keçirilən tender, bu tenderdə iştirak edən şirkətlərin adları belə açıqlanmayıb. Azərbaycanfilmkinostudiyasının həyətində qapalı inşaa edilən  yalnız ölkə başçısının sərəncamından sonra tez-tələs cəmiyyətə haqqında məlumat verilən obyekt, doğrudanmı, Filmfond üçün nəzərdə tutulub?

Yeni Azərbaycan.- 2007.- 17 mart.- S. 8.