Soyqırımı təsviri sənətdə

 

İllər ötüb keçir, zaman dəyişir, nəsillər bir-birini əvəz edir, amma milli dəyərlər, yaddaş əvəz olunmur. Doğrudur, bəzən baş verən hadisələrin gizlin qalmasına çalışanlar da tapılır. Amma gec-tez haqq-ədalət üzə çıxır.
Ermənilər Azərbaycan ərazilərinə gələndən daim qayğı, mərhəmət görsələr neçə-neçə qanlı faciələr törədib, soydaşlarımıza qənim kəsiliblər. Xarici qüvvələrə güvənib el-obalarımızı yandırıb, yurd yerlərimizi viran qoyublar. Pərdə arxasında qalan "himayədarlar" isə düşmən amansızlığının üstü açılmamasına cəhd göstəriblər. 1905-1907, 1918-1920-ci illərdə törədilən qanlı hadisələr kimiEAncaq ölkəmiz dövlət müstəqilliyini qazanandan sonra qaranlıq qalmış çox mətləblərin üstünə işıq düşdü. Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanda xüsusi qeyd olunur ki, xalqımıza qarşı dəfələrlə törədilən öz siyasi qiymətini, hüquqi təhlilini almayan soyqırımı da tarixin açılmamış səhifələridir.
Həmin fərmandan sonra tarixi həqiqətlər üzə çıxarılır. 70 il üzümüzə bağlanmış qapılar açılır. Yeni-yeni faktlar aşkar olur, ekran nümunələri, publisistik, tədqiqat yazıları işıq üzü görür. Tanınan fırça ustası Arif Məmmədovun azərbaycanlıların soyqırımı ilə əlaqədar yaratdığı monumental tablolar da bu baxımdan xarakterikdir. Onun "Gəncə "Ozan" məscidində müsibət" "Qubanın Qırmızıkənd qəsəbəsində törədilmiş terror" əsərlərinə həyəcansız baxmaq mümkün deyil. Rəssam müraciət etdiyi mövzu barədə dedi:
-Gəncə şəhərində dünyaya göz açmışam. Söz anlayandan eşidərdim ki, ermənilər camaatımıza necə vəhşilik edib. Əvvəllər bir çox əsərlərimdə bu nüansları ştrixlərlə işləmişdim. Xalqımız müstəqillik qazanandan sonra düşmən qəddarlığını daha qabarıq təsvir etməyə çalışıram.Tabloda təsvir olunan bu insanlar Allah evinə inamın, etiqadın xatirinə gəliblər. Ermənilər isə onları qırıb, yandırıb. Namərdlər bir gün ərzində 3 min gəncəlini vəhşicəsinə öldürmüşdü.
Fırça ustasının "Qubanın Qırmızıkənd qəsəbəsində törədilmiş terror" əsəri ilk baxışdan görənləri vahimələndirir. İstər-istəməz düşünməyə m
əcbur olursan: "Görəsən Azərbaycan ərazisində məskunlaşmış yəhudilərin qəbahəti var idi ki, qaniçən ermənilər onlara qənim kəsilib, 300 nəfərdən artıq sakini bir gecədə öldürərək külünü göyə sovurublar?" Çoxfiqurlu tablonun sağ səmtində təsvir olunmuş uşağın ifadəli baxışları sanki dil açıb suala cavab verir: "Gavırların məqsədi Azərbaycan torpağına sahib çıxmaq idi".
Son illər yaradıcı ziyalılarımız soyqırımı mövzusuna müraciət edir, maraqlı, düşündürən əsərlər yaradırlar. Bu təbii haldır. Müdriklər deyib: keçmişi unutsan, gələcək səni bağışlamaz.

 

Azərbaycan.- 2007.- 31 mart.- S. 8.