Mükərrəmoğlu M.

 

Azərbaycan kinosunun inkişafında yeni dövr başlayır

 

Azərbaycan Prezidenti İlham Əliyevin 23 fevral 2007-ci tarixdə imzaladığı “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam kino ictimaiyyəti arasında geniş rezonans doğurmuşdur. Bu tarixi əhəmiyyətli sərəncamda milli mədəniyyətimizin çox mühüm qollarından olan kino sənətinin inkişafı tərəqqisi üçün bir sıra əhəmiyyətli tədbirin həyata keçirilməsi nəzərdə tutulur. Sərəncamda kinematoqrafın digər sahələri ilə yanaşı, kino istehsalının da inkişafı diqqət mərkəzində saxlanılır. “Azərbaycanfilmkinostudiyasının direktoru, xalq artisti Xamis Muradovla söhbətimizin əsasını məhz bu problemlər təşkil edir.
- Azərbaycan kinosu tarixində çox əhəmiyyətli bir dövr başlayır. Belə ki, dövlətimizin başçısı İlham Əliyev kinonun inkişafı ilə bağlı tarixi əhəmiyyətli sərəncam imzalamışdır. Dövlətimizin kino istehsalı təşkilatlarından birinin rəhbəri kimi bu sərəncam barədə hansı məsələləri oxucularımıza çatdırmaq istərdiniz?
- Ondan başlamaq istəyirəm ki, bu, çox vaxtında verilmiş bir sərəncamdır Azərbaycanın bütün kino ictimaiyyəti bu sənəddə qoyulmuş problemlərin həllini çoxdan gözləyirdilər. Bu günlərdə həmin sərəncamla bağlı kollektivimiz xüsusi yığıncaq keçirdi möhtərəm Prezidentimizə öz minnətdarlığını ifadə etdi. Məsələ burasındadır ki, milli kinomuz dirçəlməyə doğru addımlar atır. Böyük öndərin özülünü qoyduğu milli kinomuzda inkişaf meylləri artıq görünməkdədir. Belə bir məsələni diqqətə çatdırım ki, əgər ötən əsrin90- illərin əvvəllərində bu studiyada heç bir film istehsal olunmurdusa, bu gün artıq ildə bir neçə bədii, sənədli, multiplikasiya filmi lentə alınır.
Mən studiyaya direktor təyin ediləndən sonra kinostudiyanın vəziyyəti barədə dəfələrlə mətbuata açıqlama vermişəm. O vaxtlar öz-özümə düşünürdüm ki, niyə əksər sahələrə diqqət göstərilir, sahib duran tapılır, kinoya isə belə laqeyd münasibət var. Budur, artıq kinonun da sahibi yetişdi. Bu sərəncam bir daha təsdiq etdi ki, kino heç diqqətdən kənarda qalmayıb, sadəcə, onun da öz vaxtı yetişməliymiş.
Kinodan bəhrələnənlər, ad qazananlar, burada şöhrət tapanlar çox olub. Elə mən kinoda özümü tapmışam. Bir dəfə kinematoqrafçıların qurultayında dedim ki, kino bizə çox şey verib. Amma bu gün hər birimiz düşünməliyik ki, biz kinoya vermişik? Mən deyərdim ki, elə dövr oldu ki, məhz kinonun fədailəri studiyanı qoruyub saxladılar. Bəziləri düşünürdü ki, kino dağılıb, onu böhrandan çıxarmaq olmayacaq. Görürsünüz, zaman keçdikcə hər şey dəyişir. Allaha şükür ki, yaxşılığa doğru.
-  Sərəncamda kinomuzun həyatı ilə bağlı bir çox məqamlara toxunulur. Hansıları daha çox vacib hesab edirsiniz?
-  Ən vacib olan elə bu sənədin qəbuludur. Burada kinoya kompleks yanaşma var. Elə bilirəm ki, MDB məkanında bu tipli dövlət sənədi imzalanmayıb. Azərbaycan kinosunun inkişafı üçün bu sənəd çox ciddi perspektivlər açır. Ancaq filmlərin istehsalı ilə bağlı məsələyə gəldikdə, mən sərəncamın bir neçə bəndi üzərində dayanmaq istəyirəm. Elə sərəncamın ilk bəndindəAzərbaycanfilmkinostudiyasının maddi-texniki bazasının müasir kino texnikası tələblərinə uyğun texnoloji avadanlıqla təchiz edilərək, əsaslı şəkildə yenidən qurulması məsələsi qoyulur. Bu, çox vacib təxirəsalınmaz vəzifədir. Biz artıq kinostudiyanın təmiri ilə bağlı layihə-smeta sənədlərini hazırlamışıq, hətta studiyanın dam örtüyü yenisi ilə əvəz olunmuşdur. Amma studiyanın özünün təmiri hələ ki, qalır.
Kinostudiyanın əsası 1951-ci ildə qoyulub 15 ildən sonra hazır olub. 1966- ildə bu binada artıq kino istehsalına başlanmışdır. Mən o vaxt Arif Babayevinİnsan məskən salırfilmində işləyirdim. Bir İstintaq davam edirfilmi istehsal olunurdu. O vaxtdan bu studiyada əsaslı təmir işləri aparılmayıb. Beş il bundan əvvəl biz bu məsələni Nazirlər Kabinetinə təklif kimi bildirdik. Layihə-smeta sənədlərinin hazırlanması üçün vəsait ayrıldı. Amma Prezidentimizin imzaladığı sərəncamdan sonra inanırıq ki, yaxın vaxtlarda biz təmir işlərini yekunlaşdıra biləcəyik.
-  Kadr problemi ilə bağlı da sərəncamda xüsusi bölmə var.
-  Bu da çox əhəmiyyətli məsələdir. Belə ki, sovet dövründə kino üçün kadr problemi yox idi. Moskva Dövlət Kinematoqrafiya İnstitutunda kifayət qədər kadr hazırlanırdı Azərbaycan kinosunun inkişafında həmin kadrlar məxsusi rol oynamışlar. 15 ilə yaxındır ki, biz Moskvaya, Sankt-Peterburqa kino mütəxəssisi hazırlamaq üçün tələbə göndərmirik. Sərəncamda isə deyilir ki, Mədəniyyət Turizm, eləcə Təhsil nazirliklərinə tapşırılsın ki, ölkədə xaricdə yüksək peşəkarlığa malik yerli kadrlar hazırlanması üçün müvafiq proqram layihəsi hazırlasınlar. Bu, bizi çox sevindirir.
- Dublyaj sahəsində fəaliyyətin genişləndirilməsinə sərəncamda xüsusi yer ayrılmışdır. “Azərbaycanfilm bu sahədə fəaliyyət, demək olar ki, dayanmışdır. Yenidən dublyajı bərpa etmək mümkün olacaqmı?
-  Doğrudan da, filmlərin dublyajı çox mühüm məsələdir. Bu, xalqın, millətin dilinin yaşaması üçün çox əhəmiyyətlidir. İndi ayrı-ayrı televiziya kanallarında dublyaj işi yaranıb. Lakin buna, əslində, dublyaj demək olmaz. Bizim studiyanın bu sahədə çox gözəl təcrübəsi olub. Bu günDövlət dili haqqındaQanun olduğundan filmlər Azərbaycan dilində nümayiş etdirilməlidir.
Ümumiyyətlə, bütün mədəniyyət sahələrinin bir enmə, qalxma məqamları olur. Məsələn, bizim musiqi 60- illərdə, görün, necə simalar yetişdirmişdi. Kinomuzun da inkişaf məqamı yetişmişdir. Bu sərəncamın milli kinomuzun tərəqqisinə yeni təkan verəcəyinə əminik.
-  Dediniz ki, sərəncamda kinoya kompleks yanaşma mövcuddur. Əslində, kino elə sahədir ki, orada prokat da, istehsal da, texniki baza da eyni səviyyədə inkişaf etdirilməsə, ümumi inkişafdan danışmaq olmaz. Siz necə düşünürsünüz?
- Başqa necə ola bilər? Möhtərəm Prezidentimizin sərəncamı məhz bu baxımdan çox mükəmməldir orada istehsal məsələləri, prokat digər sahələr əhatə olunur. Film Fondu üçün yeni binanın tikintisi, xalqımızın tarixi mədəni irsini özündə əks etdirən filmlərin çəkilişi, dünyanın aparıcı şirkətləri ilə müştərək filmlərin istehsalı, kinoteatrlar şəbəkəsinin genişləndirilməsi s. problemlərin kompleks həlli nəzərdə tutulur.
Bu sərəncam biz kino işçilərini, həqiqətən, çox sevindirdi. Artıq kino sənətinə xüsusi diqqət yetirildiyini hiss etdik söz yox ki, bundan sonra bütün qüvvələrimizi bu sərəncamda qarşıya qoyulan problemlərin həllinə yönəldəcəyik. İnanırıq ki, yaxın gələcəkdə bizim televiziya kanallarımızda öz seriallarımız göstəriləcək, filmlərimiz beynəlxalq festivallarda nümayiş etdiriləcək, nailiyyətlərimiz ilbəil artacaq.

Xalq qəzeti.- 2007.- 1 mart.- S. 7.